2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Azərbaycanın cavabı ağır olacaq” – Ermənistan QORXUDA

Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz, habelə cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.

Publika.az xəbər verir ki, Ermənistanın “politiko” saytı erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutmasının ağır nəticələrinin olacağını yazıb.

Sayt Azərbaycan Müdafiə Nazirliyinin “Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq” xəbərdarlığını xatırladaraq, cavabın ağır olacağını qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan xəbərdarlıq etdi və onların cavabı ağır olacaq”, – deyə sayt yazıb.

Erməni saytı həmçinin, Azərbaycan Ordusunun artilleriya təlimləri keçirməsinə də diqqət çəkib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button