2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanın da adı hallanan “Danske Bank” qalmaqalı: 10 nəfər həbs edildi

“Çirkli olmaqda şübhəli bilinən vəsaiti bilərəkdən transfer etməsindən şübhələnməyə əsas var”

Estoniyada Danimarkanın “Danske Bankı” ilə bağlı çirkli pulyuma qalmaqalına görə 10 nəfər saxlanıb.  Azadlıq Radiosu xəbər verir ki, rəsmi məlumat dekabrın 18-də yayılıb. 

Məlumatda bildirilir ki, həmin şəxslər sözügedən qalmaqal çərçivəsində ilk saxlananlardır.

Danimarka, Estoniya, Britaniya və Birləşmiş Ştatlar 2007-2015-ci illərdə bu filial vasitəsilə 234 milyard dollar yuyulmasını araşdırır.

Saytların yığılması Saytlarin yigilmasi

Saxlanan şəxslərin “çirkli olmaqda şübhəli bilinən vəsaiti bilərəkdən transfer etməsindən şübhələnməyə əsas var”, – Estoniya prokurorunun bəyanatında deyilir.

“Danske Bankı” sentyabrda yaydığı hesabatda bildirirdi ki, 42 keçmiş əməkdaşı və agentinin “şübhəli fəaliyyətdə iştirakı” düşünülür.

Danimarka bankı saxlanan şəxslərin Estoniya hakimiyyətinə barəsində məlumat verilənlərin siyahısında olub-olmadığını açıqlamayıb.

“Danske Bank” qalmaqalında Azərbaycanın da adı hallanır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmada iddia olunurdu ki, “Danske bankı”nın Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul, bahalı hədiyyələr verib, pul yuyub. 

Qeyd edək ki, Britaniya təhqiqatçıları Azərbaycanın bir neçə milyard dollarlıq çirkli pulyuma mexanizminə bağlı bank hesabını dondurub.

Azadlıq Radiosunun məlumatına görə, araşdırmaçı jurnalistlər pulların həmin sxem vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş əsas dörd saxta şirkət vasitəsilə yuyulduğunu üzə çıxarıblar.

Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) çərşənbə günü bildirib ki, hesabın dondurulması orderi “Azərbaycan pulyuyan maşını” ilə əlaqədar ilk addımdır.

Bu order təhqiqatçılara şübhəli hallarda hesabları dərhal dondurmağa imkan verir.

NCA bu barədə əlavə məlumat verməyib.

«Azərbaycanın pulyuyan maşını» Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmanın adıdır. Araşdırmaçı jurnalistlərin bu şəbəkəsi tədqiqatı Danimarkanın “Berlinske” qəzeti və digərləri ilə birlikdə aparıb.

Araşdırmada iddia olunurdu ki, “Danske” bankının Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul, bahalı hədiyyələr verib, pul yuyub.

“Danske” sentyabrda bildirib ki, Estoniya filialı 2007-ci ildən azı 2015-ci ilədək Rusiya kimi ölkələrdən şübhəli transferlərə kömək edib, bəzi qeyri-rezident müştərilər isə Britaniya MMC-ləri və Danimarkanın saxta şirkətlərindən istifadə edib.

“Danske”-nin sentyabrda yaydığı daxili hesabatda deyilirdi ki, Estoniya filialının altı müştərisi “Azərbaycan pulyuyan maşını”na bağlı ola bilərdi. Onların hamısı Britaniya MMC-ləri olub.

Hesabata görə, “Danske”-nin Estoniya filialı 2017-ci ilin aprelində digər bank departamentləri ilə həmin dörd şirkət barədə təhlil paylaşıb. Bu şirkətlərin də son sahibi Azərbaycandan olub, 3 milyard dollarlıq tranzaksiya gerçəkləşdirib.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button