2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanın dini konfessiya rəhbərləri Vatikana gedirlər

Bakı/11.01.22 Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşür. Bu barədə Turan-a QMİ-dən bildlriblər.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekette daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin Roma Papası Frensisklə, habelə digər rəsmi şəxslərlə görüşləri gözlənilir. Görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini məbədlərin, kilsə və məscidlərin yenidən qurulması sahəsində görülmüş işlər haqda ətraflı danışılacaq, multikultural həyat tərzi barədə fikir mübadiləsi aparılacaq.  

Saytların yığılması Saytlarin yigilmasi

Səfərin yanvarın 17-sinə kimi davam edəcəyi, yekunlarına dair mətbuat konfransı keçiriləcəyi deyilir. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button