2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanın Ermənistanla delimitasiya prosesinə başlamağa hazırdır – C.Bayramov

Bakı/25.11.21 2021-ci ilin 25 noyabr tarixində nazir Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə video-konfrans formatında görüşü baş tutub.

Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər məsələlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.

Nazir, həmçinin azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işlərindən danışıb, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələr, onların geniş coğrafi bölgənin inkişafı və tərəqqisinə xidmət etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində xüsusi nümayəndə Annika Söder ATƏT-in fəaliyyətdə olan sədri qismində İsveçin Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığı, bu xüsusda Azərbaycanın səylərini dəstəklədiyini bildirib, bu istiqamətdə fəaliyyətin bütün bölgənin inkişafı üçün önəmli olduğunu ifadə edib.

Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, o cümlədən həyata keçirilən layihələri və gələcək planları, habelə cari ili dekabr ayında Stokholm şəhərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 28-ci iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.-0–

 

 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button