2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanın hüquq müdafiəçiləri İranda həbs olunan milli fəalları müdafiəyə qalxıblar

Bakı/14.10.21 Azərbaycanın bir qrup hüquq müdiəçisi İranda milli fəalların həbsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komitəsinə və Amnesty İnternationala müraciət edib. Bunu Turan-a Qadın Hüquqlqrını Müdafiə Cəmiyyətindən bildiriblər.

Azərbaycanda fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi son vaxtlar İranda həbs olunan fəalların taleyindən narahatlıq ifadə ediblər.

Müraciətdə deyilir ki, 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi İranda yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb. Bununla bağlı Ərdəbildə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardım etməsinə  etiraz aksiyası keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

12 nəfər İranın təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilib. Bu il oktybarın 9-da isə Ərdəbil ümumilikdə 180 ay həbs və 888 şallaq cəzası alıblar.

Cənubi İranın digər şəhərlərində də analoji aksiyalar baş verib.

“Biz, Azərbaycanın hüquq müdafiəçiləri İranda etiraz aksiyalarının iştirakçılarına qarşı repressiyaları, onların həbsini qəti şəkildə pisləyir və onların dərhal azadlığa buraxılmasını tələb edirik”, -müraciətdə deyilir. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button