2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Azərbaycanın iki hərbçisi geri qaytarılıb

Bundan bir gün əvvəl, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 Ermənistan hərbçisi ölkələrinə  təhvil verilmişdi

İki gün əvvəl, dekabrın 18-də azaraq Ermənistan tərəfinə keçdiyi deyilən iki Azərbaycan hərbçisinin geri qaytarıldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə yayılmış məlumatları “Turan” İnformasiya Agentliyinə Azərbaycanın Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsindən də təsdiqləyiblər.

Məlumata görə, hərbçilər bugün, dekabrın 20-də qaytarılıb.

Bundan bir gün əvvəl, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 Ermənistan hərbçisi ölkələrinə təhvil verilmişdi.

Bununla bağlı Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yaymışdı.

Məlumatda bunun Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə həyata keçirildiyi vurğulanırdı.

Azərbaycan Prezidenti İlham Əliyev isə dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində demişdi ki, indiyədək onlar 100-dən çox saxlanan şəxsi azad ediblər.

Əsgərlərin əlverişsiz havada yolu azdıqları deyilir

AZƏRTAC-ın yaydığı məlumatda isə bildirilir ki, dekabrın 18-də gündüz Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Teymur Ələddin oğlu Hüseynov və əsgər Murad Mikayıl oğlu Mustafayev əlverişsiz havada yolu azaraq qarşı tərəfə keçib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bugün, dekabrın 20-də geri qaytarılması təmin olunub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button