2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanın ilk pullu yolu istifadəyə hazırdır – QİYMƏTLƏR – FOTO

ASC nəzarəti altında yeni tikilən dövlət əhəmiyyətli yolda son vaxtlar işlər daha da sürətlənib
Yeni tikilən Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olacağı gözlənilir. Avtosfer.az report-a istinadən bildirir ki, hazırda yollarda torpaq bərkitmə işləri aparılır. Torpaq yatağının eni 26,5 metr, ayrıcı zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq. Bu yolun özəlliyi ondan ibarətdir ki, Salyanın girişindən tutmuş Astara-İran sərhədinə qədər heç bir yaşayış məntəqəsini görmədən birbaşa maneəsiz olacaq. Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq. Alternativ yol olduğundan yeni magistral yolun gələcəkdə ödənişli olacağı gözlənilir. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nəzarəti altında yeni tikilən dövlət əhəmiyyətli yolda son vaxtlar işlər daha da sürətlənib. Yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidlərin, tunellərin, su keçidlərinin, dairəvi boruların tikintisi də başa çatıb. Körpülərin inşası isə davam etdirilir.
Salyan rayonunun Çuxanlı kəndi ərazisində, Kür çayı üzərində 5 il bundan əvvəl inşa edilən və Qafqazda analoqu olmayan körpudə işlər yekunlaşıb. İki gediş, iki gəliş üçün nəzərdə tutulan 5 aşırımlı körpünün ümumi uzunluğu 363 metr, 150 metr asma hissəsi dayaqsız olmaqla kanatlar vasitəsi ilə gərginləşdirilib.
***
Azərbaycanda yeni tikilən, ödənişli olması gözlənilən Ələt-Astara magistral yolundan il ərzində 5-6 milyon manat gəlirin əldə edilməsi planlaşdırılır. Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. “Bir sürücü üçün ödəniş məbləği çox cüzi miqdar təşkil edəcək. Yəni, 1 kilometr üçün təxminən 3-4 qəpik ödəniş hesablanacaq (100 km 3-4 manat). Bu təklifdən asılıdır. Təklif qəbul olunacağı təqdirdə rəqəmlər konkretləşəcək” – deyə “Azəravtoyol” rəsmisi qeyd edib.

report.az

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button