2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq” – səudiyyəli nazir

“Səudiyyə Ərəbistan Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar”.

Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Zəngilanda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana geniş nümayəndə heyəti gəlib, onlar yalnız dövlət sektorunda təmsil edilmirlər, həmçinin burada özəl sektorun nümayəndələri də var:

Saytların yığılması Saytlarin yigilmasi

“Nümayəndə heyətinin tərkibində Azərbaycanda energetika, xüsusilə “yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm, hotel kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorlar var. Hesab edirəm ki, azad edilmiş ərazilərdə infrastruktur tam olanda Səudiyyə Ərəbistanı və ətraf ölkələr üçün maraq kəsb edəcək. Bu ərazilərdə turizm cəlbedicidir”.

Nazir deyib ki, Səudiyyə Ərəbistanının texnologiya şirkətləri Azərbaycanda bu sahəyə investisiya yatırmağı nəzərdən keçirirlər:

Xalid bin Əbdüləziz Əl-Falih qeyd edib ki, nümayəndə heyətinin tərkibində dövlət nümayəndələri də təmsil olunurlar: “Səudiyyə İnkişaf Fondu Azərbaycanda aktiv fəaliyyət göstərir. Fond 5 layihəni maliyyələşdirib. Onlar azad edilmiş ərazilərdə infrastruktur layihələrini maliyyələşdirməkdə maraqlıdılar”.

“Biz Azərbaycan dövləti ilə 30 ildir ki, yan-yanayıq. Bizim üçün ən önəmli məsələlərdən biri azad edilmiş ərazilərə normal həyatın qayıtmasıdır”, – səudiyyəli nazir əlavə edib.

The post “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq” – səudiyyəli nazir appeared first on 24 saat.

“24 saat ““Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq” – səudiyyəli nazir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button