2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanın istirahət mərkəzlərində – “Əl yandıran” QİYMƏTLƏR

Öz istirahətini təbiətin qoynunda keçirmək istəyənlər üçün gözəl vətənimizin səfalı rayonlarında lyuks otellərdə dincəlmək üçün hər cür şərait var. Qəbələ Qafqaz otellərində, Rixos Quba, Şamaxı Palace və digər otellərdə dincəlmək Sizə xoş əhval-ruhiyyə bəxş edə bilər.

Fins.az Azərbaycanın bölgələrindəki bir sıra otellərin və İstirahət Mərkəzlərinin qiymətlərini təqdim edir. 

QAFQAZ RİVERSİDE RESORT HOTEL

Saytların yığılması Saytlarin yigilmasi

Qafqaz Riverside Resort Qəbələ şəhərində dağların əhatəsində yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel öz qonaqlarına geniş və rahat otaqlar təqdim edir. Ailəvi istirahət üçün otelin ərazisində yerləşən koteclər ideal bir seçim ola bilər. Oteldə mövcud olan restoranda qonaqlar azərbaycan və dünya mətbəxinin ləziz neymətllərini dada bilərlər.

Standart otaq – (2 nəfər üçün) -125 azn
Junior suite (2 nəfər üçün) – 140 azn

Kotec 1+1  2 nəf.  –  155 azn
Kotec 2+1  4 nəf.  –  260 azn
Kotec 3+1  6 nəf.  –  320  azn

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir.

Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə – 20 AZN ödənilməlidir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50% endirim olunur.

QAFQAZ TUFANDAĞ HOTEL

Qafqaz Tufandag Mountain Resort Hotel 50 otaqlı möhtəşəm bir dağ otelidir. Otel müasir və dəbli otaqları ilə rahat istirahət təklif edir. QafqaZ Tufandağ oteli öz cazibədar təbiəti, şərqə məxsus qonaqpırvərliyi, xoş mühiti ilə Sizin möhtəşəm istirahətiniz üçün hər bir imaknı təqdim edir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. Yaşıl meşələri və başı qarlı əzəmətli dağlarıyla göz qamaşdıran təbiətin qoynunda 5 ulduzlu xidmətdən həzz alacaqsınız. Otel Bakı şəhər mərkəzindən 225 km, Qəbələ beynəlxalq hava limanından 20 km məsafədədir.

Standardt otaq – (2 nəfər üçün) -120 azn
Junior suite (2 nəfər üçün) – 160 azn
Family suite (4 nəfər) – 210 azn

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet, sağlamlıq mərkəzindən, kanat xəttindən istifadə  daxildir. 

Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) 25 AZN ödənilməlidir.
Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50% endirim olunur.

QAFQAZ SPORT RESORT HOTEL

Qafqaz Sport Hotel Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beşulduzlu rezort tipli oteldir. Böyük Qafqaz dağları tərəfindən əhatə olunan otel qonaqlara 117 otaq təqdim edir. Otelin restoranında qonaqlar dünya və azərbaycan mətbəxinin ləziz neymətlərini dada bilərlər.

Standart otaq – (2 nəfər üçün) – 86 azn
Junior suite (2 nəfər üçün) – 116 azn

1 otaqlı Kotec (2 nəf.)  –  126 azn
2 otaqlı Kotec (4 nəf.)  –  202 azn
3 otaqlı Kotec (6 nəf.)  –  258  azn

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir.

Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə – 20 AZN ödənilməlidir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50% endirim.

QAFQAZ RESORT HOTEL

Qafqaz Resort Hotel Böyük Qafqaz dağlarının ətəyində yerləşən rezort tipli möhtəşəm bir oteldir. Otelin təqdim etdiyi 114 otaq və gülərüz personal qonaqların gözəl istirahəti üçün hər bir şəraiti təqdim edir. Təqdim olunan koteclər ailə və dostlar ilə istirahət etdikdə ideal bir seçim ola bilər. Qafqaz Resort Hotel qonaqlarına bir neçə restoran da təqdim edir. Azərbaycan və dünya mətbəxinin gözəl neymətlərini otelin restoranlarında dada bilərsininiz.

Standart otaq – (2 nəfər üçün) – 89 azn
Junior suite (2 nəfər üçün) – 109 azn
Family Suite (4 nəfər) – 142 azn

Kotec 2 + 1  (4 nəfər) –  195 azn
Kotec 3 + 1  (6 nəf.)  –  255 azn

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir.

Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə – 20 AZN ödənilməlidir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50% endirim.

QAFQAZ KARVANSARAY HOTEL

Qafqaz Karvansaray Hotel Qəbələdə yerləşən butik tipli beşulduzlu oteldir. Otel Qafqaz dağlarının ətəyində şəhər mərkəzinə yaxın olan bir ərazidə yerləşir. Karvansaray oteli qonaqların istirahəti üçün 159 otaq təqdim edir. Otelin daxilində yerləşən restoran Qəbələ mətbəxinin gözəl neymətlərini qonaqlara təqdim edir. İstirahətin daha da gözəl olması üçün otel tərəfindən xüsusi dizayna məxsus olan otel ərazisi qonaqların istifadəsinə verilir.

Standardt otaq – (2 nəfər üçün) – 86 azn
Junior suite (2 nəfər üçün) – 106 azn
Suite otaq  (2 nəfər üçün) – 260 azn

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir.

Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə – 20 AZN ödənilməlidir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50% endirim.

QAFQAZ THERMAL & SPA RESORT HOTEL

Qafqaz Thermal & Spa Hotel Qəbələ şəhərində yerləşən dördulduzlu oteldir. Otelin yerləşdiyi ərazi mineral və termal suları ilə çox məhşurdur. Otel öz qonalarına 61 geniş otaq təqdim edir. Otelin spa mərkəzi və ya imdan zalında vaxtınızı keçirdikdən sonra bizim otaqlarda çox rahat istirahət edə bilərsiniz. Oteldə mövcud olan restoranda qonaqlar azərbaycan və dünya mətbəxinin ləziz neymətllərini dada bilərlər.

Standart otaq (2 nəfər üçün) – 76 azn

Junior Suite (2 nəfər üçün) – 111 azn

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir.

Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə – 15 AZN ödənilməlidir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50% endirim.

QUBA RİXOS 

Azərbaycanın ən gözəl və görməli rayonlarından birində – Qubada inşa olunmuş Rixos Quba otel kompleksinin ərazisi 65 hektardır. Ərazidə otel kompleksinin alt qatları ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa edilib. 200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də var. Rixos Quba otelində istirahət etməyə gələnlər həmçinin premium səviyyəli kotteclərdə də qala bilərlər.

Deluxe Standart Mountain View (2 nəf.) – 99 azn

Deluxe Standart Lake View ( 2 nəf.) – 119 azn

Junior Suite (2 nəf.) – 149 azn 

Honeymoon Suite (2 nəf.) – 169 azn
Family Suite (4 nəf.) – 199 azn
Manna Villa (2 nəf.) – 199 azn
Midiya Villa (6 nəf.) – 599 azn
Urmiya Villa (8 nəf.) – 799 azn
Atropatena Villa (8 nəf.) – 849 azn

* Yuxarıda qeyd edilən qiymətlər Erkən rezervasiya şərtlərinə əsasən May ayının 15-nə kimi bron edilən və ödənilən rezervasiyalar üçün qüvvədədir.

1 May tarixindən etibarən qüvvədə olan qiymət:

Deluxe Standart Mountain View (2 nəf.) – 119 azn

Əlavə qonaqlar üçün ödəniş:
Körpə: 0 – 6 yaş – pulsuz
Uşaq: 6 – 12 yaş:  – 20 AZN
3-cü böyük  (12 yaş və daha böyük):  – 30 Azn

ŞAMAXI PALACE

Şəhərin səs-küyündən və narahatlığından uzaqda, nadir memarlıq üslubunun təbii mühitlə maraqlı bir tərzdə birləşdiyi iri bir ərazidə Samaxi Palace Sharadil oteli yerləşir. Şamaxı şəhərindən 19 km aralıda Şahdağ Milli Parkının ərazisində yerləşən otel məsum təbiətin təkrarolunmaz ab-havası ilə bura gələn qonaqları məsum təbiətin təkrarolunmaz ab-havası ilə  öz ağuşuna alır.  Apartamentlər buraya gələnlər üçün yaşıl rəngin bütün çalarlarında olan həqiqi təbiətin gözəlliklərinə ecazkar görüntünü açır. Samaxi Palace Sharadil qonaqlara öz memarlıq dəbdəbəsi və təmtərağından qat-qat üstün olan xidmətlərini və çoxsaylı tədbirlərini təklif edir.

Deluxe King/Twin
(bağa baxan, BB) – 99 azn 

Deluxe King/Twin
(bağa baxan, HB) – 148 azn 

BB – səhər yeməyi ilə.
HB – səhər və axşam yeməyi ilə.

* Qeyd edilən qiymətlər endirim kampaniyası çərçivəsində Mayın 15-dək edilən qaytarılmayan rezervasiyalar üçün keçərlidir.

Deluxe King/Twin
(bağa baxan, BB) – 109 azn

Deluxe King / Twin
(hovuza baxan, BB) – 129 azn

Suite Superior
(bağa bax., BB) – 139 azn 

Deluxe King/Twin
(bağa baxan, HB) – 158 azn 

BB – səhər yeməyi ilə.
HB – səhər və axşam yeməyi ilə.

* Qeyd edilən qiymətlər Mayın 1-dən etibarən yerləşmələr üçün qüvvədədir.

Qeyd edilən Qonaqlama qiymətlərinə daxildir:

– Yüksək komfortlu otaqlarda qonaqlama
– Səhər Yeməyi (İsveç masası)
– Serenity SPA Mərkəzindən istifadə (Böyüklər və uşaqlar üçün hovuzlar, Türk və Fin Hamamları, Steam Room, Relaxation Room)
– Oyun və Əyləncə Vasitələri (ödənişli və ödənişsiz)
– Fitness Mərkəzindən İstifadə
– Yüksək Sürətli Wireless Internet

– Bütün otaq kateqoriyaları üçün 6 yaşa qədər 2 uşaq ödənişsizdir (eksta bed daxil deyil, 1 extra bed üçün qiymət 25 AZN)
– 7-12 Yaş arası bir uşaq üçün otaq qiymətinə əlavə: 30 AZN (extra bed qiyməti daxildir).
– 12 yaşdan yuxarı (böyük) 3-cü şəxs üçün otaq qiymətinə əlavə: 45 AZN (extra bed qiyməti daxildir).

GARABAG RESORT & SPA  

GARABAG SPA&RESORT 600 ildən çox öz müalicəvi xüsusiyyətləri ilə dünyada tanınmış unikal naftalan yağının yataqları yerləşən Naftalan kurort zonasının gözəl və füsunkar ərazisində yerləşir. GARABAG SPA & RESORT sadəcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli otel deyil, həm də sağlam həyat, rahatlanma və yüksək qastronomik mətbəxin vəhdətidir. Burada personalın mehriban və diqqətli rəftarı həmişə xoş atmosfer yaradır. Rahat otaqlar, əfsanəvi naftalan yağı əsasında müalicəvi proqramlarının, həmçinin ənənəvi və xüsusi SPA proqramlarının geniş seçimi keyfiyyətli istirahət və həyat tonusunun bərpasına xoş təsir göstərir. Sakitlik, rahatlıq və dəbdəbə burada hökm sürür. Mütəşəkkil infrastruktura və müasir şəraitə malik otel öz qonaqlarına gözəl otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təklif edir.

Garabag Resort & SPA – Müalicə ilə və müalicəsiz gündəlik qiymətlər

Club room double (2 nəfər) – Müalicə ilə – 164 azn  /  Müalicəsiz – 136 azn

Club room single  (1 nəfər) – Müalicə ilə – 132 azn / Müalicəsiz – 118 azn

Deluxe room double (2 nəfər) – Müalicə ilə – 193 azn / Müalicəsiz – 165 azn

Deluxe room single (1 nəfər) – Müalicə ilə – 148 azn / Müalicəsiz – 134 azn

Junior suite double (2 nəfər) – Müalicə ilə – 234 azn / Müalicəsiz – 206 azn

Junior suite single (1 nəfər) – Müalicə ilə – 189 azn / Müalicəsiz – 175 azn

* Qiymətlər 01.05.2016-cı il tarixindən 01.11.2016-cı il tarixinədək qüvvədədir.

Qiymətə daxildir:

– Tam paket (səhər, günorta, axşam yeməyi)
– Checkup müayinə
– Qanın ümumi analizi
– EKQ
– Qanın biokimyəvi analizi ( 15 parametr üzrə)
– Kardioloq ilə konsultasiya
– Terapevt ilə konsultasiya
– Naftalan vannaları

6 yaşa qədər uşaqlar pulsuzdur, 7 və daha yuxarı yaşlılar  üçün əlavə 49 azn ödənilir.

QAŞALTI SANATORİYASI

Qaşaltı sanatoriyası Naftalan şəhərində yerləşir. Qaşaltı Sanatoriyasının otel bölməsi 95 otaqdan ibarət olmaqla eyni vaxtda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Otel bölməsindəki otaqlar 6 ədəd Standart, 77 ədəd Superior, 2 Deluxe, 7 Suite və 3 Villadan ibarətdir. Otelin bütün otaqlarında geniş ekranlı LCD Televizorlar, Peyk anten sistemi, Duş-WC, Telefon, Minibar, Kondisioner sistemi, Duş telefonu, saç qurutma avadanlığı, Mini Seyf və Kettle (çay dəsti) mövcuddur. Otaqlardakı eyvanlardan şəhər və dağ mənzərələri müşahidə edilir. Qapılar elektrik kilid-kart sistemi ilə çalışır. Qeyd olunan təchizat bütün növ otaqlarda mövcuddur.

May – İyun ayları üçün gündəlik və həftəlik qiymətlər:

Standard king / twin  – SNG – 92 azn, DBL – 130 azn  /  SNG – 640 azn,  DBL – 920 azn
Deluxe Twin  – SNG – 124 azn, DBL – 175 azn  /  SNG – 855 azn,  DBL – 1230 azn
Junior suite  – SNG – 145 azn, DBL – 204 azn  /  SNG – 1000 azn,  DBL – 1420 azn
Deluxe suite  – SNG – 185 azn, DBL – 265 azn  /  SNG – 1285 azn,  DBL – 1850 azn

İyul – Avqust ayları üçün gündəlik və həftəlik qiymətlər:

Standard king / twin  – SNG – 110 azn, DBL – 140 azn  /  SNG – 770 azn,  DBL – 990 azn
Deluxe Twin  – SNG – 145 azn, DBL – 189 azn  /  SNG – 1020 azn,  DBL – 1320 azn
Junior suite  – SNG – 174 azn, DBL – 220 azn  /  SNG – 1200 azn,  DBL – 1550 azn
Deluxe suite  – SNG – 230 azn, DBL – 290 azn  /  SNG – 1600 azn,  DBL – 2050 azn

CHİNAR HOTEL & NAFTALAN

Chinar Hotel & SPA Naftalan Azərbaycanın qərbində, Bakıdan 330 km məsafədə Naftalan şəhərində yerləşir. “Chinar Hotel & Spa Naftalan” müştərilərə xidmətin maksimal səviyyəsini təmin edən müasir komfortabelli oteldir. Otel nəhəng ərazini əhatə edir və hər tərəfdən küknar və çinar ağacları ilə əhatə olunmuşdur. O, istirahət edənlər üçün açıq havada gəzinti və idman imkanları, ən incə zövqləri qane edən istirahət, həmçinin, uşaqlar üçün əyləncə zonasını təklif edir. “Chinar Hotel & Spa Naftalan” əsasən, yüksək texnologiyalarla təchiz olunmuş və Naftalan nefti vasitəsilə müxtəlif xəstəliklərdən müalicənin geniş spektrini təqdim edən tibbi profilaktika mərkəzidir. Naftalan yağı ağrıkəsici, soyuqdəymə əleyhinə, damar genişləndirici və allergiyaya qarşı təsirlərə malikdir, kişi və qadın xəstəliklərinin müalicəsində mübadilə proseslərinin intensivliyini fəallaşdırır. Bütün sadalananları nəzərə alaraq, bu yağ 70-dən artıq xəstəliyin müalicəsində istifadə olunur.

Gündəlik qiymətlər:

STANDARD   – SNG – 88 azn, DBL – 125 azn
SUPERİOR  – SNG – 118 azn, DBL – 169 azn
SUİTE  – SNG – 177 azn, DBL – 253 azn
DELUXE  – SNG – 295 azn, DBL – 422 azn
KİNG SUİTE – 4 nəfər – 1250 azn

1 HƏFTƏ – TAM PAKET

STANDARD   – SNG – 613 azn, DBL – 875 azn
SUPERİOR  – SNG – 827 azn, DBL – 1181 azn
SUİTE  – SNG – 1240 azn, DBL – 1772 azn
DELUXE  – SNG – 2067 azn, DBL – 2953 azn

2 HƏFTƏ – TAM PAKET

STANDARD   – SNG – 1164 azn, DBL – 1663 azn
SUPERİOR  – SNG – 1571 azn, DBL – 2244 azn
SUİTE  – SNG – 2357 azn, DBL – 3367 azn
DELUXE  – SNG – 3928 azn, DBL – 5611 azn

3 HƏFTƏ – TAM PAKET

STANDARD   – SNG – 1654 azn, DBL – 2363 azn
SUPERİOR  – SNG – 2233 azn, DBL – 3189 azn
SUİTE  – SNG – 3349 azn, DBL – 4784 azn
DELUXE  – SNG – 5581 azn, DBL – 7973 azn

QEYD:

– Gündəlik qiymətlər 1həftədən az qalan qonaqlar üçün tətbiq edilir. Tibbi xidmətlər, nahar və şam yeməkləri gündəlik yeməklərə daxil deyil.
– Bir həftədən az qalanlar üçün gündəlik hər nəfərə 10 AZN nahar, 10 AZN şam yeməyi üçün ödəniş alınır.
– TAM PAKETƏ – Oteldə qalma, restoranda gündə 3 dəfə yemək, diaqnostika və müayinələr, naftalan vannaları ilə müalicə daxildir.
– Qapalı Yarı-Olimpik üzmə Hovuzu, Sauna, Türk Hamamı, Fitness, İdman meydançası, Uşaq Oyun salonu, Stolüstü oyunlar, Wi-Fi İnternet bütün qonaqlar üçün pulsuzdur.
– Üçüncü nəfərin qalma qiyməti 2 nəfərlik otaq qiymətinin 35%-nə bərabərdir. 4-cü nəfərin qalma qiyməti iki nəfərlik otaq qiymətinin 25%-nə bərabərdir.
–  0-6 yaş arası 1 uşağın qalması pulsuzdur. 7-12 yaş arası 2-ci uşağın qalma qiyməti  2 nəfərlik otaq qiymətinin 25%-i qədərdir.
– Standart otaqda sadəcə 2 nəfər qala bilər.

QALAALTI HOTEL & SPA

Qalaaltı Hotel & Spa – Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. Kompleksdə müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villa var. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur.
Qalaaltı – Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz havası ilə birləşir və insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim yaradır.
Qalaaltı Tibbi-istirahət kompleksinin ərazisində, unikal avadanlığ ilə təchiz edilmiş, müasir “ÇIRAQ” tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.

Superior – (1 nəfərlik) –  92  azn
Superior – (2 nəfərlik) – 137  azn
Junior suite – (1 nəfərlik) – 147 azn
Junior suite – (2 nəfərlik) – 213 azn
Family suite – (1 nəfərlik) – 259 azn
Family suite – (2nəfərlik) – 281 azn

Əlavə 3-cü şəxs üçün ödəniş – 40 azn

QEYD:
Qiymətə səhər yeməyi və şam yeməyi daxildir (HB sistemi).

* Qiymətlər 31.05.2016-cı il tarixinədək qüvvədədir.

Superior – (1 nəfərlik) –  101  azn
Superior – (2 nəfərlik) – 149  azn

Junior suite – (1 nəfərlik) – 147 azn
Junior suite – (2 nəfərlik) – 213 azn

Əlavə 3-cü şəxs üçün ödəniş – 40 azn

Qiymətə səhər yeməyi və şam yeməyi daxildir (HB sistemi).

* Qiymətlər 01.06.2016-cı il tarixindən 30.09.2016-cı il tarixinədək qüvvədədir.

EL RESORT  

El Hotel Azərbaycanın Qax rayonunda açılmış ilk 5 ulduzlu oteldir. Otel bu zonanın füsunkar gözəl təbiətinə malik Qax şəhərində, biznes və turizm baxımından böyük maraq kəsb edən və dövlət tarix muzeyində qeydiyyatda olan çoxlu abidələrin əhatəsində yerləşir. Eyni zamanda Otel dünya səviyyəsində qorunan çoxlu nadir bitki və heyvanat aləmi, gürultulu dağ çayları, buz kimi bulaqları, müalicəvi mineral suları ilə məşhur İlisu Dövlət Qoruğunun ərazisində yerləşir və bu sadalanan gözəlliklər qonaqların buradakı sağlam istirahətini olduqca maraqlı, yaddaqalan edir.

1 – 31 May tarixləri qüvvədə olan qiymətlər:

Single otaq  –  98 azn
Standart otaq – 108 azn
Junior suite  – 138 azn
Family Suite  – 166 azn
Sultan Suite  – 216 azn

 01.06.2016-cı il tarixindən qüvvədə olan qiymətlər:

 Single otaq  –  128 azn
Standart otaq – 138 azn
Junior suite  – 158 azn
Family Suite  – 196 azn
Sultan Suite  – 256 azn

Yuxarıda göstərilən qiymətlərə 2 nəfərlik səhər yeməyi və 4 yaşdan aşağı bir uşaq üçün əlavə çarpayı götürülmədən pulsuz qalış daxildir.

Gün ərzində üç dəfə qidalanmaq üçün ( nahar və şam yeməyi üçün) ödəniş hər nəfər üçün bir günə 21 AZN‐dir.
Standart, Junior Suite, Family Suite və Sultan Suite tipli otaqlarda əlavə hər bir qonaq üçün ödəniş 20 AZN‐dir (yalnız səhər yeməyi daxildir).

Standart, Junior Suite, Family Suite və Sultan Suite tipli otaqlarda əlavə hər bir qonaq üçün ödəniş 40 AZN‐dir (səhər yeməyi, lanç və nahar daxildir).

Hər bir otaq individual idarə olunan havalandırma və istilik sistemi, saç feni, minibar, peyk antenalı televiziya, seyf qutusu, çay və qəhvə dəstgahı, DVD pleyer, Ipod pleyer, beynəlxalq çıxışlı telefon xətti ilə təchiz olunmuşdur.

RİVER İNN BOUTİQUE HOTEL 

“River İnn Boutique Hotel” Nabranda, Xəzər dənizi sahilinin yaxınlığında yerləşir. Otel ərazisi meşə ilə əhatə olunub. Məhz bu fərgləndirici xüsusiyyəti, həmçinin yüksək səviyyəli xidmət və keyfiyyət qonaqlarln burada istirahətini unudulmaz edir. İstirahət mərkəzində SPA mərkəz, fitnes zalı, açıq və qapalı hovuzlar, boulinq zal, oyun avtomatları və kinozalın olduğu əyləncə mərkəzi də var.

XÜSUSİ  KAMPANİYA

7 – 9 May  2 nəfərlik 2 gecəyə cəmi   207 AZN  -ə    

Qiymətə daxildir:
Gündə 3 dəfə qidalanma
SPA mərkəzi
Oteldə erkən qeydiyyata düşmə və gec  qeydiyyatdan çıxma
Kinoteatra ödənişsiz bilet
Uşaq əyləncəsi
WiFi
Avtomobil dayanacağ             

15.05.2016 – 01.07.2016 tarixlərinə  həftə içi  /  həftə sonu   üçün qiymət
(səhər yeməyi daxil):

Standard room 2 nəfər –  89 AZN   /   99 AZN
Classic twin room 2 nəfər –  109 AZN /  119 AZN
Lux cottage 3 nəfər –  159 AZN  /  169 AZN
Lux cottage(VIP) 3 nəfər –  189 AZN  /  199 AZN
Lux cottage 4 nəfər –  189 AZN  /  199 AZN
De Lux Villas 6 nəfər – 299 AZN  /  319 AZN

6 yaşa qədər uşaqlar pulsuzdur.

Qiymətə daxildir:
Bir gecə seçilmiş otaqda yaşayış
Səhər yeməyi
SPA – Türk hamamı, qapalı hovuz, Sauna və Fitnes mərkəzdən istifadə
Uşaq əyləncəsi
Parkinq

15.05.2016 – 01.07.2016 tarixlərinə  həftə içi  /  həftə sonu  üçün qiymət
(Full board – səhər, günorta və axşam yeməyi daxil):

Standard room 2 nəfər –  139 AZN   /   149 AZN
Classic twin room 2 nəfər –  159 AZN /  169 AZN
Lux cottage 3 nəfər –  229 AZN  /  239 AZN
Lux cottage(VIP) 3 nəfər –  269 AZN  /  279 AZN
Lux cottage 4 nəfər –  289 AZN  /  299 AZN
De Lux Villas 6 nəfər – 449 AZN  /  469 AZN

6 yaşa qədər uşaqlar pulsuzdur.

Qiymətə daxildir:

Bir gecə seçilmiş otaqda yaşayış
Full Board (səhər, günorta və axşam yeməkləri)
SPA – Türk hamamı, qapalı hovuz, Sauna və Fitnes mərkəzdən istifadə
Uşaq baxçası
Parkinq

RELAX  İSTİRAHƏT MƏRKƏZİ

”Relax” Azərbaycanin gözəl guşələrindən biri olan Lənkəran – Lerik yolunun 33-cü km-də yerləşir. Bakıdan məsafəsi 298 km-dir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir. Əgər siz Relaxa dincəlmək ücün getsəniz orada sizə lazım olan hər bir şəraiti tapa bilərsiniz. İstirahət Mərkəzində qonaqların dincəlməyi, yadda qalan xos vaxt kecirmələri ücün hər bir şərait yaradılmışdır.

01.05.2016-cı il tarixindən etibarən Relax İstirahət Mərkəzində 1 nəfər üçün yerləşmə qiyməti  –  70 azn

* Qeyd edilən qiymətə gündə 3 dəfə yemək daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button