2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanın ‘Krım platforması’ndan kənarda qalma səbəbləri…

Bu gün, avqustun 23-də Ukraynanın paytaxtı Kiyevdə “Krım platforması” sammitinə start verilib. “Krım platforması”nın yaradılması təşəbbüsü ilə 2020-ci ildə Ukrayna Prezident Vladimir Zelenski çıxış edib. Bu platformanın məqsədi beynəlxalq aləmin diqqətini Krımın ilhaqına çəkmək üçün koordinasiya mexanizmi qurmaqdır. Avqustun 19-da Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirmişdi ki, sammitdə iştirakın səviyyəsindən asılı olmayaraq, tədbirə qatılan bütün dövlətlər “Krım platforması”nın təsisçisinə çevriləcəklər.

Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, sammitin işində 44 xarici dövlətin nümayəndə heyəti iştirak edəcək, onlardan 14-ü tədbirdə ən yüksək səviyyədə təmsil olunmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu ara Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da sammit iştirakçısıdır.

Azərbaycan “Krım platforması”nda iştirak etmir

Azərbaycan isə “Krım platforması”nın işində iştirak etmir. Halbuki, Ukrayna Xarici İşlər Nazirliyi hələ mayın 27-də telefon danışığı zamanı Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun həmkarı Dmitri Kuleba ilə “Krım platforması”nı müzakirə etdiyini açıqlamışdı. Ukrayna hökumətinin bəzi nümayəndələri hesab edir ki, Azərbaycanın indiki mövqeyi Rusiyanın Cənubi Qafqazda oynadığı rolu ilə bağlıdır.

Bəs əslində necədir?

Məsələyə, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

R.Musabəyov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov da “Turan”a bildirib ki, bu suala cavabı Azərbaycan Xarici İşlər Nazirliyi verə bilər: “Azərbaycan səfirliyindən kimsə gedib orada iştirak edə bilərdi. Digər tərəfdən, GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) baş katibi Altay Əfəndiyev Azərbaycan diplomatıdır və o orada iştirak edəcək”.

Deputat qeyd edib ki, Azərbaycan bu məsələdə məlumatlıdır: “İştirak edən 44 dövlətdən yarısı, demək olar ki, Kiyevdə yerləşən səfirlərdir”.

“Bizim problemlərimiz olanda…”

Onun fikrincə, qarşılıqlıq məsələsi var: “Bizim problemlərimiz olanda, Ukraynanın problemi isə olmayanda Ukrayna gəlib Azərbaycana dəstəkmi verirdi? Yox. Sadəcə olaraq səsvermə olanda ərazi bütövlüyümüzə səs verirdi. Biz də onu edirik. Yəni, o dərəcədə ki, Ukrayna bizim konfliktimizlə bağlı bizə dəstək verib, o dərəcədə də bizdən dəstək uma bilər. Ukraynadan Azərbaycanla bağlı ayrı-ayrı kimlərsə nəsə fikirlər səsləndirə bilər, ancaq rəsmən Ukraynanın dəstəyi Azərbaycanın ona göstərdiyi dəstəkdən xeyli azdır”.

E.Şahinoğlu

E.Şahinoğlu

“Belə çıxır ki, biz Rusiyadan qorxuruq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, “Krım platforması”nda iştirak etməmək yanlış qərar idi: “Bir tərəfdən dövlət başçısı İlham Əliyev deyir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Müstəqil xarici siyasət yürüdürüksə, biz mütləq bu platformada hansısa səviyyədə iştirak etməliyik. Belə çıxır ki, biz Rusiyadan qorxuruq, çəkinirik, ona görə də bu platformada iştirakımız Rusiyanın narazılığına səbəb ola bilər”.

O, bununla belə AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycan Krımı Ukrayna ərazisi kimi tanıyır: “Biz bunu da nəzərə almalıyıq ki, Ukrayna müharibə (ötən il 44 günlük İkinci Qarabağ müharibəsi) günlərində Azərbaycana ən çox dəstək verən dövlətlərdən biri idi. Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycana dəstək bəyanatını da verib. Tərəfdaşlar arasında dəstək qarşılıqlı olur. Tədbirdə hətta Azərbaycanın Ukraynadakı səfiri belə iştirak etmir”.

“Bu, müstəqil xarici siyasət prinsiplərinə ziddir”

Ekspert sual edir: “Dövlət başçısı Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyətindən, Rusiyanın Ermənistanı silahlandırmasından özü narazıdır. Belə olan halda Azərbaycan niyə konfransda iştirak etməsin ki? Rusiya görsə ki, ondan çəkinirik daha çox üstümüzə gələcək. Bu, müstəqil xarici siyasət prinsiplərinə ziddir”.

Politoloq vurğulayıb ki, bu gün, avqustun 23-ü və 24-ü Ukraynada Bayraq Günü qeyd edilir : “Bu gün, heç olmasa, Heydər Əliyev Mərkəzində Ukrayna bayrağının proyeksiyası olsun. Əgər olmasa, bu da yanlış bir qərar olacaq, çünki bütün dövlətlərinin bayraq günündə Heydər Əliyev Mərkəzində onların bayraqlarının proyeksiyası olur. Əgər hər hansı texniki səbəblər bəhanə gətirilsə, bilin ki, biz yenə də Rusiyadan çəkinmişik”.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button