Son günlər Azərbaycanın “Rusiyanın NATO-su” hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlüyü haqqında açıq təbliğata start verilib.
24saat.org xəbər verir ki, Azərbaycan Milli Məclisinin hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli bu gün yeri KİV-ə müsahibəsində Azərbaycanın KTMT-də iştirakına baxılmasını dsətəkləyən fikirlər açıqlayıb. O vurğulayıb ki, KTMT-də əməkdaşlıq özündə suverenliyimiz üçün təhlükə ehtiva etmir.
Qeyd edək ki, Azərbaycanın Qərblə deyil, məhz Rusiya ilə yaxınlaşması siyasəti daim hakimiyyətin müəyyən funksionerləri tərəfindən açıq dəstəklənən mövqe olub. Məsələn, prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasında deputat-namizəd Zahid Oruc bu fikirlərə geniş yer vermişdi.
24saat.org həmin kadrları təqdim edir: