2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azərbaycanın mediaya qarşı kampaniyası davam edir”

Freedom House növbəti illik hesabatında Azərbaycanda mətbuatın azad olmadığını deyir. Təşkilatın media azadlığı üzrə siyahısında, Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdədir.

Keçən illə müqayisədə Azərbaycan 189-cu yerdən bir pillə geriləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabat Azərbaycanın “illər boyu azad media və sərbəst ifadə tərəfdarlarına qarşı yürütdüyü kampaniyasına” yavaşlamadan davam etdiyini deyir.

Hesabat Azərbaycanın son və ya media azadlığı üçün ən pis onluqda olmasını qeyd edir.

Media azadlığı siyahısında Azərbaycanın İran və Suriya ilə eyni hesabla yalnız Şimali Koreya, Türkmənistan, Özbəkistan, Krım, Eritrea, Kuba və Eqvatorial Qvineyadan irəlidə olduğu deyilir.

ANS-in bağlanması və saytların bloklanması

Freedom House, ANS televiziyasının illərlə göstərdiyi sədaqətə baxmadan Fethullah Gülenlə müsahibə yayımlamağa cəhd etməsinə görə bağlanmasını ölkədə artan iqtisadi və diplomatik inamsızlıqdan nəticələndiyini deyir.

Təşkilat, həmçinin Azərbaycanı Meydan TV və Azadlıq Radiosunun saytlarının il boyu vaxtaşırı bloklamaqla təqsirləndirib.

Hakimiyyətdən bu iddiaları heç kəs rəsmən təsdiqləməyib.

Lakin çərşənbə axşamı günü Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar nazirliyini yanında Elektronik Təhlükəsizlik Mərkəzi Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytlarının bloklanmasına dair məhkəməyə şikayəti üzrə məhkəmə prosesi başlandığı aydın olub.

Mətbuat azadlığının “tam şəkildə təmil oldunduğu” ölkə

President İlham Əliyev keçən ilin noyabr ayında beynəlxalq informasiya agentlikləri koqresinin iştirakçıları ilə görüşündə Azərbaycanda mətbuat azadlığının “tam şəkildə təmin olunduğunu” deyib.

İlham Əliyev
İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib

“Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə – Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq”, o, əlavə edib.

Bu çıxışında jurnalistlərin həbsinin sadəcə onların cinayət törətmələri ilə əlaqələndirərək, bununla Azərbaycanda mətbuat azadlığını tənqid edənlərin məsələyə “konetekstdən kənar” baxdıqlarını deyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button