2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanın milli rəqəmsal media təhlili platforması METRİX.AZ özünü doğrultmur

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycanın milli rəqəmsal media təhlili platforması – “Metrix.az” layihəsi özünü doğrultmur.

Azərbaycanın milli rəqəmsal media təhlili platforması

24 saat” xəbər verir ki, “Metrix.az” platformasının yarandığı günlərdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının (“metrix.az”) əhəmiyyətinindən danışırdı. Lakin arxada qoyduğumuz zaman kəsimində adıçəkilən platformanın demək olar ki, işləyə bilməməsi, lakin publikaya müəmmalı şəkildə əldə olunan və səhihliyi ciddi şübhə yaradan reytinq məlumatları ötürməsi, bununla da reklamverənlərin mənafeyinə külli miqdarda zərər vurması, habelə platformanın bu günlərdə onlayn olaraq fəaliyyətini davam etdirməsinin mümkünsüz hala çevrilməsi haqlı olaraq bir çox suallar yaradır. Təqdim etdiyimiz fotolardan göründüyü kimi, hazırda platforma “Cloudflare” sistemi üzərindən oflayn olaraq yayımlanır.

Saytların yığılması Saytlarin yigilmasi

metrix.az

Məlumat üçün bildirək ki, dünyanın qabaqcıl texnologiyaları “Google Analytics” təhlil platforması üzərindən məlumatlar əldə etməyə cəhd etsə də, Azərbaycanda yeni yaradılmış publik hüquqi şəxs statusunda olan MİA mükafat vəd etdiyi saytlara təşəbbüsü ilə yaradılmış “Azərbaycanın milli rəqəmsal media təhlili platforması” saytından istifadəni təlqin edir.

Xatırladaq ki, “Milli sayğac” adı altında cəmiyyətə təqdim olunan platformanın vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdırmaq üçün stimul olaraq təqdim olunmuşdu.

Lakin xüsusilə mətbu sferanı əhatə edən saytların fəaliyyətini təftiş etməklə reklam bazarı üçün əlahiddə trafik satışı təmin etməyə çalışan platformanın davamlı onlayn qala bilməməsi, bu sahədə ciddi çatışmazlıqların olduğunu, başqa sözlə, Azərbaycanın milli rəqəmsal media təhlili platformasının özünü doğrultmadığını deməyə əsas verir.

Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və digər statistik məlumatları özündə ehtiva edir.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button