2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanın müracəti Beynəlxalq Ədalət Məhkəməsində dinlənilib

Yayımlandı: 1 Fevral 2023 13:41

Bakı məhkəmədən Yerevanın cəhdlərinin qarşısını almağı xahiş edir

Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı məhkəmə işi üzrə açıq dinləmələr keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

İş “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlıdır. Dinləmələr əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə aparılıb.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Qeyd edib ki, dinləmələr “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsi nəticəsində artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək məqsədilə” təşkil edilib.

Müraciəti Azərbaycan bu il yanvarın 4-də edib.

Rəsmi Bakı bildirir ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra Azərbaycanın 282 vətəndaşı minaya düşüb, 40-a yaxın şəxs həlak olub.

Azərbaycan iddia edir ki, hətta 2020-ci ilin noyabrından sonra belə onun ərazisində minalar yerləşdirməsi davam etdirilib.

“…Bu məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alıb”, – Azərbaycan XİN vurğulayır.

Məlumata görə, Azərbaycan bu kimi növbəti addımların dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında silahlı qarşıdurma yaranıb.

44 gün sürən müharibə həmin il noyabrın 10-da üçtərəfli bəyanatla (Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanıb) sonlanıb.

Bəyanatın imzalanmasından bir müddət sonra da, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırıb. Lakin sonradan Azərbaycanda saxlanılan bir qrup erməni hərbçisinin geri qaytarılması müqabilində azad olunan bəzi rayonlara aid mina xəritələrinin alındığı açıqlanıb.

Bir müddət sonra isə Azərbaycan Prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirmədiyi ilə bağlı narazılığını ifadə edib.

Cavabında Ermənistanın Baş naziri Nikol Paşinyan: “Biz əlimizdə olan xəritələri Azərbaycana verdik”, – deyib.

“Yaxşısını saxlayıb, pis keyfiyyətdə olanı verməmişik”, – Baş nazir bildirib.

XİN bildirir ki, Azərbaycanın müraciətində Ermənistanın 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi məlumatların əksini göstərən dəlillər var.

Müraciətdə hətta 2020-ci ilin noyabrında – Üçtərəfli Bəyanata əsasən, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra belə, Ermənistan ordusunun Azərbaycan ərazisində minalar yerləşdirməyə davam etməsini təsdiqləyən yeni sübutlar əks olunub:

“Azərbaycanda 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar edilib. Ermənistanın davranışı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır”.

Azərbaycan iddia edir ki, qeyri-qanuni gətirilmiş bu minaların 1600-ü Ermənistanın etnik təmizləmə kampaniyası və Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılıb: “Nəticədə, məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısı alınıb”.

2020-ci ilin sentyabrında başlayan və 44 gün sürən İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button