2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azərbaycanın muzdluların xidmətinə ehtiyacı yoxdur”

Üzeyir Cəfərov: “Çağırış və ehtiyat resurslarımız kifayət qədərdir” Cari ilin 24-25 fevral tarixində təmas xəttində baş verən qarşıdurma nəticəsində məhv edilən düşmən əsgərlərinin bri qisminin kənardan gətirilən və müəyyən məbləğ qarşılığında Ermənistan ordusuna cəlb edilən muzdlular olduğu bəlli olub. Maraqlıdır, Ermənistanla müqayisədə daha geniş maliyyə imkanına malik olan Azərbaycan necə, ön xətdə muzdluların xidmətindən istifadə edə bilərmi? Bu, ölkəmizin maraqları baxımından nə dərəcədə məqsədəuyğundur? 24saat.org-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın muzdlulara ehtiyacı olmadığını bildirib: “Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti həm öz ərazilərində, həm də Azərbaycanın işğal altında olan yerlərində xidməti vəzifələrin icrası ilə bağlı çoxlu problemləri var. Böyük bir əraziyə səpələnmiş erməni hərbçilərinin təminatında, təchizatında və ən əsası isə əsgəri resurslarında çatışmazlıq özünü xeyli müddətdir ki, göstərir. Belə çətin durumdan çıxmaq üçün isə onlar öz həmvətənləri olan xaricdə yaşayan şəxslərin köməyindən istifadə etməyə çalışırlar. Bu, birinci Qarabağ savaşının dönəmində də belə idi, indi də bu hal davam edir. Heç ki, Ermənistan ərazisindən kənarda xidmət etmək istəmir. Qarabağlı və irəvanlı ermənilər arasında çox böyük gərginlik münasibətləri hökm sürür. Bizim Müdafiə Nazirliyinin də yaydığı xəbər məhz bizim kəşfiyyat yolu ilə əldə etdiyimiz məlumatlara əsasən deyilən faktlardır. Belə olmasaydı, indi Ermənistanın boşboğaz siyasi və hərbi analitikləri aləmi başlarına götürmüşdülər. O ki qaldı Azərbaycanın da ön xəttdə xidmət etmək üçün muzdlulardan istifadə etməsi məsələsinə, buna əsla ehtiyac yoxdur. Bizim kifayət qədər çağırış və ehtiyat resurslarımız mövcuddur. Və lazım olduğu təqdirdə sayı 200 mini keçən ehtiyatda olan əsgər və zabit ehtiyatımız var. Sayı bundan da çoxdur, amma rahat şəkildə əlinə silah alıb düşmənə qarşı döyüşə çıxa bilən kontingentimizin sayı ən azından yuxarıda göstərdiyim rəqəmi üstəliyir. Təkcə ötən ilin məlum aprel hadisələri zamanı könüllü şəkildə döyüş bölgələrimizə getmək üçün müraciət edənlərin sayı hədsiz dərəcədə çox idi. Azərbaycanın ehtiyat hərbi kontingent ilə bağlı son illər heç bir sıxıntısı olmayıb və yoxdur”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button