2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Azərbaycanın neft pulları erməni hərbçilərini maliyyələşdirir!”

ekrem-h-e1460190840354Rusiyanın VTB Qrupuna məxsus olan Bank VTB (Ermənistan) 1-7 aprel arası Qarabağda həlak olmuş erməni hərbçilərinin ailələrinin kredit borclarını bağışlayıb.

Bu barədə Antikollektor Şirkətinin rəhbəri, vəkil Əkrəm Həsənov sosial şəbəkədə Rusiya KİV-ə istinadla (http://ria.ru/economy/20160408/1405450767.html) məlumat paylaşıb.

Vəkil “bu bankın Qarabağla nə əlaqəsi? Axı formal olaraq Qarabağda fəaliyyət göstərmir!” deyə saul edir və ardınca izahatını verir.

Saytların yığılması Saytlarin yigilmasi

Ə.Həsənov xatırladır ki, əslində 2008-ci ilədək VTB-nin Qarabağda filialı olub. Lakin 2007-ci ildə Azərbaycanda törəmə bankını açmaq istəyəndə VTB-nin qarşısında şərt qoyulub: Qarabağda fəaliyətinizi dayandırın, sizə lisenziya verək. Buna görə də filial bağlanıb (http://regnum.ru/news/1034915.html) və bizdə Bank VTB (Azərbaycan) fəaliyyətə başlayıb. “Lakin görünən odur ki, Qarabağda filialın bağlanması gözdən pərdə asmaq idi. Bir sözlə, VTB dövlətimizi aldadıb və Qarabağda fəaliyyətini davam edir.
Bu, həmçinin ona görə məyusedicidir ki, son dövrdə dövlətimiz VTB-yə sərmayə qoyub. VTB Qrupun 60% səhmi Rusiya dövlətinə, qalan 40% isə özəl şəxslərə məxusdur. Onların içində bizim Neft Fondu da var. 500 mln. dollar sərmayə ilə Neft Fondumuz VTB-in 3% səhminə malikdir. Neft Fondumuzun icraçı direktoru Şahmar Mövsümov hətta VTB-in Müşahidə Şurasının üzvüdür (http://www.vtb.ru/group/management/council/). Beləliklə, Azərbaycanın neft pulları erməni hərbçilərini maliyyələşdirir!”, – deyə vəkil qeyd edir.

Ə.Həsənov əlavə edir ki, VTB-in Ermənistandakı törəməsində erməni kapitalı yoxdur, bank tamamilə VTB-in özünə məxsusdur və Ermənistanın ən iri bankıdır. Azərbaycandakı törəməsində isə VTB-in kapitalı cəmi 51%-dir, qalan 49% yerli AtaHoldinqə məxsusdur (yeni öz pulumuzdur!). Buna baxmayaraq, Ermənistan VTB-si Qarabağda həlak olan hərbçilərin ailələrinin borclarını bağışlayıb, Azərbaycan VTB-si isə analoji addımı atmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button