2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanın otel problemi: qiymətlər niyə bahadır? – VİDEO

Yayın gəlişi ilə istirahətin özü qədər ona xərclənəcək məbləğ də düşündürür. Təbii ki, istirahət xərclərində əsas yeri məhz otellər tutur. Azərbaycanın yay istirahəti üçün uyğun olan regionlarında otel qiymətləri ilə maraqlandıq. 24saat.org xezerxeber.com-a istinadən bildirir ki, turistlər hesab edir ki, qiymətlər şəraitə görə dəyişsə də ümumilikdə yüksəkdir. Məsələn bura cənub bölgəsinin mərkəzi hesab etdiyimiz Lənkərandır. Dincəlməyə gələnlər deyir ki, bir adam üçün nəzərdə tutulan 70 — 200 manat arası qiymətlər yerli sakinləri belə daha ucuz qonşu ölkələrə üz tutmağa vadar edir.

Bu cür qiymətlər müştərilərin də sayına təsir edir. Otelllərin nümayəndələri isə müştəri azlığını Ramazan ayı ilə əlaqələndirirlər. Şamaxıda isə xaricə getmək istəməyən sakinlər otellərin bahalığına görə nisbətən ucuz olan digər katejlərə üstünlük veriblər.

Şamaxıda otel qiymətləri şəraitinə görə 40 manatdan başlayaraq -130 manat qədər dəyişir. Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilir ki, otellər müştəri cəlb etmək istəyirsə qiymət siyasətini düzgün formalaşdırmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button