2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyi Nalbandyana cavab verdi

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ölkə parlamentində deputatların suallarını cavablandırarkən səfir Polad Bülbüloğlu haqqında dediklərinə münasibət bildirib.

Səfirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bəyanatda Nalbandyana xatırladılır ki, səfirlərin fəaliyyətinə təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir:

Saytların yığılması Saytlarin yigilmasi

”Mayın 26-da bəzi Ermənistan KİV-lərində kiçik qeyd yayılıb. Qeyddə bildirilirdi ki, Nalbandyan deputatların suallarını cavablandırarkən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyəti barədə fikirlərini bildirməklə yanaşı, bəzi qiymətləndirici mülahizələr səsləndirib. Nalbandyan Bülbüloğlunun fəaliyyətinin diplomatik çərçivədən kənar çıxdığını deməklə, səfiri reklam etməyə lüzum görmədiyini bəyan edib. Edvard Aqvanoviçə xatırlatmaq lazımdır ki, səfirlərin fəaliyyətinə üçüncü şəxslər deyil, təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir. Buna görə də, erməni nazir öz işçilərinə diqqət yetirsə, yaxşı olardı. Halbuki, Azərbaycana təcavüz edən ölkənin xarici siyasət idarəsi rəhbərinin Polad Bülbüloğlunun fəaliyyətinə bu cür şərh verməsi faktı özü-özlüyündə Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin əyani göstəricisidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button