2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Yayımlandı: 10 Noyabr 2022 20:06

Nazirin köməkçisi Azərbaycandakı qeyri-dost bəyanatlardan narahatlığını ifadə edib

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
İranın rəsmi İRNA agentliyinin yaydığı məlumata görə, səfirin XİN-ə çağrılmasına səbəb kimi Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması göstərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, Xarici İşlər Nazirliyinin Avrasiya üzrə köməkçisi Azərbaycan səfirinə İran İslam Respublikasının qeyri-dost bəyanatları ilə bağlı narazılığını və kəskin etirazını çatdırıb. O, Azərbaycanın yüksək vəzifəli şəxslərinin və bu ölkə mətbuatının qara piarından danışıb:

“Biz bu prosesə ən qısa zamanda son qoyulacağını və təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini gözləyirik”.

İRNA yazır ki, Azərbaycanın səfiri vəziyyətdən təəssüfləndiyini bildirib və deyib ki, İran İslam Respublikasının etirazını dərhal Bakıya çatdıracaq.

Azərbaycan XİN-dən hələlik rəsmi açıqlama verilməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button