2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanın şimal bölgəsində meşə yanğınları hələ də davam edir

Fövqəladə Hallar Nazirliyi (FHN)Azərbaycanın Şimal regionunda meşə və meşəətrafı ərazilərdəki yanğınların sündürülməsi ilə bağlı işlərin davam etirildiyini bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Avqustun 20-də nazirliyin yaydığı məlumatda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidəki yanğının nəzarətə götürüldüyünü bildirir. Məlumatda təxminən 40 hektar ərazidə yanğın olduğu vurğulanır.

Nazirlik yanğınsöndürmə işlərinin mürəkkəb dağlıq relyefdə və çətin şəraitdə həyata keçirildiyini, bundan başqa isti və küləkli hava şəraitinin yanğın ocaqlarının tam söndürülməsinə mane olduğunu qeyd edir.

“…yanğınla mübarizə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub”.

Məlumatda Quba rayonunun Qoşabulaq kəndi yaxınlığında baş verən yanğının da nəzarət alındığı bildirilir.

FHN-nin açıqlamasında bildirir ki, avqustun 15-dən Şimal regionunda başlayan yanğınlar nəticəsində indiyə qədər təxminən 5 min hektar ərazi yanıb. Yanğınsöndürmə işləri davam etdirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button