2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Azərbaycanla bağlı adı hallanan Danske Bank təqsirini etiraf etdi

Birləşmiş Ştatların Baş Prokurorluğu bildirir ki, Danimarkanın ən böyük bankı – Danske Bank şübhəli və ya cinayət yolu ilə alınmış milyardlarla dollar vəsaiti ABŞ maliyyə sistemindən keçirməsini etiraf edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi və ABŞ prokurorluğu verir.

Sözü gedən təhqiqat zamanı 2008-2016-cı illər arasında bankın Estoniya filialında həyata keçirilmiş bank əməliyyatları araşdırılıb.

Məlum olub ki, “Danske Bank Estonia” bankının ABŞ-da qeyri-məskun olan müştərilərə xidmət bölümü bu müddət ərzində ABŞ banklarından 160 milyard dollar keçirib.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP və The Guardian qəzetinin məlumatına görə Estoniya filialından çirkli pulların yuyulması üçün Rusiya prezidentinin əmisi oğlu İqor Putin də istifadə edib.

2 milyard dollar cərimə

ABŞ prokuroru Damian Uilyams bu barədə deyib:

“Uzun illər ərzində Danske Bank şübhəli və cinayət mənşəli pulların ABŞ-ın maliyyə sistemindən keçirilməsi məqsədilə ABŞ banklarını aldadıb və onlara yanlış məlumatlar verib. Eyni zamanda Danimaklanın ən böyük bankı olan Danske Bank yaxşı bələd olduğu ABŞ qanunlarını görməməzliyə vurub və cinayət yolu və ya şübhəli yollarla əldə edilmiş gəlirləri Birləşmiş Ştatlardan keçirib və ABŞ-ın maliyyə şəbəkəsinə təhlükə yaradıb”.

Bu da qeyd olunur ki, Danske Bank özünü ittihamın bir bəndi üzrə təqsirli bilib. Bu, bank dələduzluğunun həyata keçirilməsinə qəsdə dair ittihamdır.

Bank bu ittihamı qəbul edəndən sonra, indi onun 2 milyard dollar məbləğində cərimə ediləcəyi gözlənilir.

Bank habelə özünün çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair əsasnaməsində dəyişikliklər edəcəyi barədə öhdəlik götürüb.

Qədim bank

Danimarkanın ən böyük bankı olan Danske Bank 1871-ci ildə yaradılıb.

Onun Skandinaviya və Baltik ölkələrində, habelə İrlandiyada 5 milyonadək müştərisi olub.

Bu bank nə Ukrayna, nə Azərbaycan, nə də Gürcüstanda işləməməsinə baxmayaraq məhz bu ölkələrdən olan şirkətlər Qərbə pul köçürmək və xaricdən, o cümlədən ofşor banklardan pul almaq üçün Danske Bankdan istifadə ediblər.

Bu əməliyyatların nəzərəçarpacaq hissəsi məhz Estoniya filialı vasitəsilə həyata keçirilib.

Estoniya filialının xidmətlərindən Rusiya və başqa MDB ölkələri istifadə ediblər.

Bankla bağlı araşdırmanı əvvəlcə onun öz strukturları, daha sonra isə Avropa İttifaqının maliyyə gözətçisi olan qurumlar aparıblar.

Araşdırmanın materiallarına görə 2007-2015-ci illər arasında bankın Estoniya filialı vasitəsilə 234 milyard dollar çirkli pul yuyulub.

“Diqqətli əməkdaş”

24 saat” “
Azərbaycanla bağlı adı hallanan Danske Bank təqsirini etiraf etdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button