2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanla bağlı daha bir neçə iş üzrə kommunikasıya başlayıb

Bu haqda vəkil Fariz Namazlı feysbuk səhifəsində məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

“Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir neçə iş üzrə kommunikasıya başlayıb. Bu işlərdən 2-si mənim apardığım işlərdir.
1. Seymur Həzinin 15 may 2010-cu ildə aksiya zamanı həbs olunub, 7 gün müddətinə inzibati həbs olunub. Həbsdə olduğu müddətdə işgəncəyə məruz qalıb. Bu iş üzrə Ərizəçinin nümayəndələri mən və Rəşid Hacılıdır.

Saytların yığılması Saytlarin yigilmasi

2. Məğrub Bədəlli barəsində 2010-cu ilin dekabr ayında CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlayıb. Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

3. Abdulla Yolbarsov işində o Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb. Nümayəndə Xalid Baqirovdur

4. Məmməd Əzizov işi. 07 mart 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edildikdən sonra işgəncəyə məruz qalıb. Bu hadisədən əvəl 09 yanvar 2013-cü ildə aksiyadan öncə Səbail RP-nin 9-cu PB-nin əməkdaşları tərəfindən tutulub və bölmədə səhərə qədər işgəncəyə məruz qalıb. BU iş üzrə nümayəndə mənəm.

5. Murad Adilov işi. 2014-cü ilin avqustun 11-də Sabirabad rayon Polis şöbəsinin və DİN-0nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub və sonradan işgəncəyə məruz qalıb. Bu iş üzrə nümayəndə Yalçın İmanovdur.

Avropa məhkəməsi bütün işlərdə Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verib verməməsi ilə bağlı hökümətə suallar ünvanlayıb. Bundan əlavə, Haziyev işində həmçinin 10-cu maddənin, Bədəlli işində 5.1, 5.4, 8-ci maddələrinin pozuntusu ilə bağlı suallar ünvanlayıb”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button