2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanlı deputatlar jurnalistdən qaçır: “Əşi, yox ey…” – VİDEO

Deputatlar Fuad Muradov və Səməd Seyidov Amerika və Azərbaycanda keçirilən seçkilərlə bağlı Meydan TV-nin suallarına cavab verib.

–         Fuad bəy, seçki haqda ilkin fikirləriniz necədir?

–         İlkin nəticələr açıqlanıb, təbii ki, amerika xalqı hansı qərar qəbul edəcəksə, bu, bütün dünya tərəfindən qəbul olunacaq. Məncə, seçkilər çox maraqlı keçdi. İlk dəfə idi ki, Respublikaçılar Partiyasında öz namizədləriylə bağlı fikir ayrılıqları vardı. Bu, seçkiyə yeni bir intriqa qatırdı və yeni bir istiqamət yaratdı. Bu istiqamət ondan ibarət oldu ki, hətta partiyanın özündə də birmənalı fikir olmadan da Amerika prezidentliyinə namizəd olmaq mümkündür. Bununla belə proses gedir, hələ heç nə aydın deyil.

Saytların yığılması Saytlarin yigilmasi

–         Vəziyyət dəyişə bilərmi?

–         Məncə, artıq dəyişə bilməz.

–         Trampın seçilməsi Avropaya, Yaxın Şərq siyasətinə, postsovet məkanına nə verəcək?

–         Əslində, ciddi dəyişiklik gözləməyə dəyməz. Bugünə qədər Amerikanın siyasəti şəxsiyyət üzərində yox, daha çox ümumi maraqlar üzərində qurulub. Bu siyasət də davam etdiriləcək, xüsusən də Şərqdə, Suriya hadisələrində. Ümumiyyətlə, indiyə qədər hansı siyasət yürüdülübsə, o da davam etdiriləcək.

–         Ancaq onun seçkiqabağı çıxışları fərqliydi…

–         Sizin dediyinizi başa düşürəm. Seçkiqabağı proseslərdə əksər siyasətçilər belə çıxış edir, amma sonradan… Bugünə qədər Amerika prezidentlərinin seçkiqabağı olan yanaşması seçkidən sonra çox fərqlənib.

–         Bu cür seçkilər Azərbaycanda keçirilə bilərmi? Söhbət debatlardan, seçki prosesinin televiziyalardakı müzakirələrindən gedir…

–         Azərbaycanda bütün seçkilər demokratik normalara uyğun keçirilir. Mənə elə gəlir ki, bir çox ölkələr Azərbaycanda keçirilən seçkilərdən bir çox müsbət şeylər götürə bilərlər.

–         Ancaq ATƏT-nin Müşahidə Missiyası həmişə Azərbaycandakı seçkilərin demokratik standartlara cavab vermədiyi haqda rəy verir…

–         ATƏT-nin Müşahidə Missiyası belə bir rəy verməyib. Biz onun bütün rəyləri ilə tanışıq. İstənilən şəkildə Azərbaycan xalqı öz fikrini seçkilərdə ifadə edir və bu fikir də Azərbaycanı stabil, vacib ölkəyə çevririb.

–         Niyə İlham Əliyev indiyə qədər seçkilərdə debatlara çıxmayıb?

–         Bütün seçkilərdə cənab prezidentin səlahiyyətli nümayəndələri var, onlar kifayət qədər savadlı, vəziyyəti bilən insanlardır. Azərbaycanda demokratik seçkilər keçirmək üçün işlər görülür. Bütün dünyada bu istiqamətdə təkmilləşmə gedir. Amerikanın özündə də bir çox məsələlər var ki, bu seçkidən sonra onlar da onu təkmilləşdirməlidirlər.

–         Sonuncu referendumdan sonra Əliyevin əbədi prezident olmaq istədiyini demək olarmı?

–         Çox sağ olun. ( suala cavab vermədən gedir)

Deputat Səməd Seyidov suallarımızı cavablandırıb:

–         İlham Əliyev niyə indiyə qədər opponentləri ilə debata çıxmayıb?

Siz onu bunlardan soruşun.

-Kimdən?

Bunlardan (əli ilə geriyə işarə edir)

-Amerikalılardan ?

Onlardan .

-Onlar kimdir?

O debata girmək üçün sənin qarşında normal, vahid bir namizəd olmalıdır?

– İsa Qəmbər, Əli Kərimli ona layiq deyil?

Əşi, yox ey… (pilləkənlərdən sürətlə düşərək çıxıb gedir)

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button