2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanlı diaspora rəhbəri və xalq artisti ermənilərin tədbirində – FOTOLAR

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılıb. R.Tağıyevlə birgə tədbirdə Ukrayna xalq artisti adını almış azərbaycanlı Qurban Abbasov da iştirak edib.
Bu iddia ilə Ukraynada fəaliyyət göstərən diaspora nümayəndələrindən biri “Bizim Yol”a bildirib. Mənbə həmin tədbirdə çəkilmiş fotogörüntüləri redaksiyamıza göndərib.
“Qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasimində iştirak etdiklərinə görə onlara sərt reaksiya göstərən azərbaycanlıları Rövşən Tağıyev “ictimai fahişə” adlandırıb. Onu da bildirim ki, R.Tağıyevin ötən ilin sonunda da ermənilərlə birgə yeni il şənliyinə qatılması fotoları mətbuatda yayılaraq Ukraynada azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. O isə mətbuata açıqlama verərək bunu vecinə almadığını, Aşot Avanesyanla yaxından dost olduğunu bildirdi. Hətta mətbuatdakı dostları vasitəsi A.Avanesyanın adından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama yaydırdı. Az keçməmiş Avanesyan bu fikirləri təkzib edərək, separatçı Dağlıq Qarabağı dəstəklədi. Bu R.Tağıyevin timsalında Azərbaycan diasporunun imicinə zərbə oldu”,-deyə mənbə bildirib.
İddia ilə bağlı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə müraciət etdik. O isə sualımıza cavab vermədi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button