2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanlı eks-deputat Moskvada 2 mehmanxana tikir

Azərbaycanın ən böyük arqoholdinqlərindən sayılan “Karat Holding” Moskvanın cənubunda yerləşən Taqanski rayonunda mehmanxana inşa edəcək.

“Karant Holding” Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və “Vasili Osipoviç Krasavin və qardaşları”  ticarət birliyinə məxsus binanı demontaj edir. 

Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxananın inşası planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Paralel olaraq, “Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən “Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. 

Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.

“Karat Holding”in Stavropol diyarının Yessentuki şəhərində “Voronej” və “İstoçnik” sanatoriyalarına da sahib olduğu deyilir. 

Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən “Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. 

Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.

Qeyd edək ki, “Karat Holding” MMC 2006-cı ildə Əsabil Qasımov tərəfindən yaradılıb.

2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznes imperiyasını öz yaxınlarına tapşırmışdı.

Onun deputat olduğu müddətdə də holdinqə daxil olan şirkətlərin əksəriyyətində pay sahibi kimi “Karat Holding”ə ümumi nəzarəti həyata keçirdiyi bildirilirdi.

“Karat Holding”ə tikinti, qida, sənaye, turizm və ticarət sahəsində ixtisaslaşmış – “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); 
“Azinvest” Tikinti Şirkəti; 
“Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alğı-satqısı); 
Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; 
ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); 
Gəncə Fatoğlu (un dəyirmanı); 
Bakı şəhəri Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; 
Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; 
Bakı şəhəri Səməd Vurğun küçəsində “Ağ Saray” Binası; 
Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; 
İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; 
Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” daxildir.

Əsabil Qasımovun oğlu Elçin Qasımov 2019-cu ilin yanvarında İsveçrədə xizək sürən zaman yıxılaraq həyatını itirmişdi.

Əsabil Qasımov 2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərə getmədi, əvəzində 79 saylı İmişli seçki dairəsindən qızının namizədliyini irəli sürdü… Amma nə özü, nə də qızı deputat ola bilib. /Modern.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button