2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanlı generalın oğlu döyülüb

Ukraynanın Xarkov şəhərində azərbaycanlı generalın azyaşlı uşağının etnik zəmində döyülməsi ilə bağlı cinayət işi açılıb.

Azərbaycanlı general-leytenant Vüqar Ələsgərov APA-ya bildirib ki, onun 7 yaşlı oğlunun yuxarı sinif şagirdləri tərəfindən döyülməsi ilə bağlı Xarkov şəhəri Orconikidze Rayon Polis İdarəsində Ukrayna Cinayət Məcəlləsinin 215.1-ci maddəsi ilə (azyaşlı uşağın qəsdən sağlamlığına zərər vurma məqsədi ilə kütləvi halda amansızlıqla döyülərək xəsarət alması) cinayət işi açılıb.

V. Ələsgərov qeyd edib ki, hazırda istintaq gedir və hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb: “Mənim yerli orqanlarla lazımı yazışmalarımdan sonra müstəntiqi dəyişib işə ciddi yanaşmağa başlayıblar. Amma təəssüf ki, hadisənin baş verdiyi məktəbin direktoru Olqa Vorobyova məni və həyat yoldaşımı etnik zəmində təhqir edərək uşağımı döyənlərə haqq qazandırmasına rəğmən onunla bağlı heç bir ölçü götürülmür. Təhsil Nazirliyinə və Baş Prokurorluğa şikayət etməyimizə baxmayaraq, hələ də cavab yoxdur. Direktorun olduqca şovinist xasiyyəti uşağımızın bu məktəbdə gələcəkdə normal təhsil ala bilməsinə risk yaradır”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, noyabrın 3-də V. Ələsgərovun Xarkov şəhəri 71 saylı orta məktəbdə birinci sinifdə oxuyan oğlu Müzəffər Ələsgərov yuxarı sinif şagirdlərindən ibarət dəstənin hücumuna məruz qalaraq amansızlıqla döyülüb və nəticədə xəsarət alıb. V. Ələsgərov bildirib ki, bunun nəticəsində oğlunun dişləri sındırılıb, bədəni və başından xəsarətlər alıb. “Mən məktəbin direktoru Olqa Vorobyovadan hadisə haqda məlumat almaq istəyərkən, o üstümə yuxarı sinif şagirdlərini çağırıb, hədə-qorxu gəlməyə başladı. Direktor “Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?!” dedi. Mən düz 30 il Ukrayna ordusunda xidmət etmişəm. Hadisə barədə polisə də məlumat vermişəm. Lakin polis məsələyə laqeyd yanaşır. Biz bunu özümüzə qarşı basqı kimi qiymətləndiririk”, – deyə V. Ələsgərov qeyd edib.

AzVision.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button