2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanlı həkimlərin sayı Almaniyada artır

Almaniya mətbuatı Azərbaycanla bağlı maraqlı xəbər yayıb. Xəbərdə bildirilir ki, ən müxtəlif ölkələrdən Almaniyaya həkim kimi fəaliyyət göstərmək üçün gələn həkimlərin sayı artır. Ölkənin Həkimlər assosiasiyasının verdiyi məlumata görə Federativ Respublikada həkim kimi fəaliyyət göstərənlərin 11 faizini xarici ölkələrdən gələnlər təşkil edir. Almaniyada son dövrlərdə həkimlik etmək üçün müraciət edənlərin siyahısında azərbaycanlı həkimlərin də az olmadığı bildirilir. Maraqlısı budur ki, bu siyahıda müraciət edənlərin sayına görə Azərbaycan Rusiyanı qabaqlayır. Azərbaycandan 109 həkim müraciət etdiyi halda, Rusiyadan belə müraciətlərin sayı 108-dir.
Nəzərə almaq lazımdır ki, Avropa təkcə Almaniyadan ibarət deyil. Çox xoşagəlməz vəziyyət yaranıb. Xəstələrimiz müalicəyə xarici ölkələrə getdiyi kimi, həkimlərimiz də işləmək üçün xarici ölkələrə üz tutur.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button