2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Azərbaycanlı kapitanın komandiri olduğu gəmi ikiyə bölündü VİDEO

İstanbulun Sarıyer rayonu ərazisində Monqolustan bayrağı altında üzən “Leonardo” adlı 114 metr uzunluğunda olan yük gəmisi ortadan ikiyə bölünüb.

Bu barədə Türkiyənin Sahil Polisi Baş İdarəsinin məlumatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə gecə saat 3 radələrində quru yük gəmisi təmir üçün Tuzladakı tərsanəyə aparılarkən Sarıyer Demirciköy sahillərində baş verib. 1975-ci ilin istehsalı olan gəminin ön hissəsi aşağıya doğru əyildiyindən arxa hissəsi qırılaraq gövdədən ayrılıb.

Əraziyə Sahil Təhlükəsizlik Baş İdarəsinin axtarış və xilasetmə yedəkləri başda olmaqla 8 sahil təhlükəsizlik gəmisi və sahil təhlükəsizlik qüvvələri sövq edilib.

Qısa müddət ərzində hadisə yerinə çatan komandalar, gəminin Azərbaycan əsilli kapitanı ilə Rusiya və Hindistan əsilli 10 nəfərlik ekipajını xilas ediblər. Quruya çıxarılan heyət üzvləri xəstəxanalara aparılıb.

Ortadan bölünən gəminin bir hissəsi batıb. Əsas gövdə isə komandalar tərəfindən sahilə çəkilib.

[youtube https://www.youtube.com/watch?v=PypbxCIEebM?feature=oembed&w=500&h=281]

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button