2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Azərbaycanlı müğənni həmkarlarını BİABIR ETDİ: “Restorandan yemək şəkli qoyub, pulsuz yeyib-içirlər”

Sənət aləminin tanınmış simaları İnstaqram səhifələrindəki paylaşımlardan bəhs ediblər.

24.saat.org  axşam.az-a istinadən xəbər verir ki, “Xəzər maqazin”ə açıqlama verən məşhurların bəziləri həmkarlarını qınayıb, bəziləri isə onlara haqq qazandırıb. Onlar İnstaqramda çox sayda reklam yayımlamaqlarına belə haqq qazandırıblar:

Əməkdar artist Sevda Ələkbərzadə bildirib ki, dünya ulduzları da bu cür paylaşınlar edirlər:

Saytların yığılması Saytlarin yigilmasi

“Madonna, Beyons da ona hədiyyə göndərən mağazanı reklam edir.

Müğənni Günay İbrahimli “Reklam edirəm deyə, heç nə deyə bilmirəm. Sonradan başa düşdüm ki, İnstaqramım ticarət mərkəzinə dönüb. Elə olub ki, qonorar ödəyiblər, bir foto paylaşmışam”.

Prodüser Təranə Səmədova hər şeyi reklam etməyi düzgn saymadığını bildirib:

“Hara getdilər, nə yedilər maraqlıdır. Amma oxucunu çaşdırırıq. İfrat dərəcəyə çatmaq olmaz. Ən yaxşısı hansıdır? Pula görə hamısına qaçmaq olmaz”.

Xalq artisti Faiq Ağayev “Normaldır, bütün dünyada qəbul olunmuş təcrübədir” söyləyib.

Müğənni Natavan Həbibi reklamlara ciddi yanaşdığını deyib:

“Sevmədiyim, istifadə etmədiyim malı reklam etmirəm. Aldatma məsələsinə diqqətlə yanaşıram”.

Əməkdar artist Manana “Uşaqlarımı göstərməyi istəyəndə belə, oturub fikirləşirəm ki, necə təqdim etmək olar? Elə-belə təqdimat sevmirəm” deyə, açıqlama verib.

Müğənni Elçin Cəfərov heç nəyi reklam etmədiyini bildirib.

Əməkdar artist Tünzalə Ağayeva heç bir paylaşımı pulsuz etmədiyini deyib. O, paylaşdığı hər şeyə görə qonorar aldığını etiraf edib:

“Mən bir qarın yeməyə yaşayan artistlərdən deyiləm. Restorandan yemək şəkli qoyub, pulsuz yeyib-içirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button