2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanlı mühacirlər Rusiya səfirliyinin önündə aksiya keçiriblər

Almaniyada yaşayan azərbaycanlılar Dağıstandan baş verənlərə etiraz ediblər
İyunun 22-də Almaniyanın Bonn şəhərində olan azərbaycanlı siyasi mühacirlər oradakı Rusiya səfirliyinin önündə aksiya keçiriblər. Səbəb iyunun 15-də axşam saatlarında Dağıstanın Kullar qəsəbəsində sərhəddən buraxılmaları tələbi ilə etiraz aksiyası keçirən azərbaycanlılara rus polisinin kobud davranmasıdır.
Aksiyada “Hər birimiz qardaşalımıza dəstək olmalıyıq!”, “Azərbaycan və rus polisi, vəhşiliyə son qoy!” şüarları səsləndirilib.
Aksiyanın təşkilatçısı olan Vüqar Zeynalov Meydan TV-yə deyib ki, ona Almaniyada fəaliyyət göstərən Kölgə Yardım Cəmiyyəti də kömək edib:

“Azərbaycan və rus polisi, vəhşiliyə son qoy!” aksiyanın şüarlarından olubMənbə: Meydan TV
“Sayca az olsaq da, sözümüzü deyə bildik. Əslində 4 gün öncədən elan vermişdik. Amma gördüyünüz kimi cəmi 11 nəfər gəlmişdi. Aksiyanın keçirildiyi yer Bonn şəhərindəki Rusiya Konsulluğunun önü idi. Biz rus polisinin azərbaycan vətəndaşlarına qarşı amansılığına dur demək istədik və sözümüzü çatdırdıq da”.
Rusiyanın Azərbaycanla sərhədində aylardır ölkələrinə qayıtmaq üçün gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı iyunun 15-də axşam saatlarında Dağıstanın Kullar qəsəbəsində sərhəddən buraxılmaları tələbi ilə etiraz aksiyası keçiriblər. Aksiya Rusiya polisi tərəfindən dağıdılıb.
Orada olan Azərbaycan vətəndaşları bildirirdilər ki, vəziyyət iyunun 16-da Azərbaycana buraxılacağı gözlənən 120 nəfərin siyahısı məlum olduqdan sonra gərginləşib. Vətəndaşlar siyahının ədalətsiz təşkil edildiyini düşünürlər. Etiraza səbəb də elə bu olub. Aksiyada xəsarət alanlar olub. 70-dən çox insan polis tərəfindən saxlanıb.

“Sayca az olsaq da, sözümüzü deyə bildik”.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button