2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salındı

Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı t.ü.e.d. Prof.Vaqif
Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın
nüfuzlu universitetinin dərsliyinə salınıb. ABŞ-ın Florida Tibb Kolleci
Universitetinin (Jacksonville) dosenti, Çənə-üz Cərrahiyyəsi Şöbəsinin rəhbəri,
mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və
boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər.
Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metodika da ayrıca
fəsil kimi salınıb.
Dərsliyin 20-ci fəsli Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb
diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb.
Burada azərbaycanlı cərrahın yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi
metodikadan bəhs olunur və tədris olunur.
Vaqif Qələndərin sözlərinə görə, bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və
ATU-nun xüsusi icazəsi ilə Azərbaycan məhkəmə-tibbi ekspertizasının morqunda
insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq canlı
insanlarda tətbiq edilmişdir. Süd vəzinin və döş qəfəsi toxumalarının yenidən
bərpası üçün yeni yanaşma ortaya qoyan metodika yaradılmışdır. 1999-cu ilin
sentyabrın 29-da Quş adasında keçirilən ümumdünya Plastik-Rekonstruktiv
Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək
beynəlxalq mükafat və diploma layiq görülüb.
Bu cərrahiyyə metodu dünyanın impakt faktorlu nüfuzlu jurnallarında nəşr
olunmuşdur.
Yaponiya, Braziliya, Çili,Türkiyə, Koreya, ABŞ kimi ölkələrdə bu metodla
cərrahiyyə əməliyyatları həyata keçirilir. ABŞ-ın Florida ştatının qabaqcıl, nüfuzlu
klnikalarında bu metodla cərrahiyyə əməliyyatları aparılır.
Vaqif Qələndər Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və
rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universitetində ilk dərslik və
dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus 6 yeni cərrahiyyə metodu,78
elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub. Vaqif Qələndər
bir çox müərkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8 saatdan
sonra təkrar yerinə replantasiyası (bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə
həyata keçirib. 30-dan çox xarici ölkə elmi konfranslarında məruzəçi qismində
iştirak edib. V.Qələndər Bakıda 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv
cərrahiyyə üzrə beynəlxalq konfransların bilavasitə təşəbbüskarı və təşkilatçısı
kimi çıxış edib. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və
sədridir. Vaqif Qələndər Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə
heyətinin həqiqi üzvüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button