2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanlı qadın Ermənistan tərəfə keçib?

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlara münasibət bildirib.

Komissiyadan bildirildiyinə görə, iyunun 7-də Azərbaycan vətəndaşının Ermənistan Respublikasına keçməsi və orada saxlanması barədə bu ölkənin kütləvi informasiya vasitələrində yayılmış məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən araşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

*   *   *11:15

Tovuz rayonu Yanıxlı kənd bələdiyyəsinin sədri Yaşar İsmayılov virtualaz.org saytına açıqlamasında Zöhrə Vəliyeva adlı şəxsin Yanıxlı kənd sakini olmadığını, ümumiyyətlə, bu kənddə belə bir adamın heç vaxt yaşamadığını deyib: “Bütün bunlar ermənilərin uydurmasıdır. Bizim kənddə Vəliyeva soyadlı qadın yoxdur, heç vaxt olmayıb”.

Bələdiyyə sədrinin sözlərinə görə, bir neçə gün əvvəl ruhi xəstəyə bənzəyən bir qadın Yanıxlı kəndinə gələrək kirayə ev axtarıb: “Həmin vaxt mən kənddə olmamışam. Bu barədə mənə dünən kənd sakinləri məlumat veriblər. Özünü falçı kimi təqdim edən, adının Telli olduğunu deyən həmin qadın kənddə kirayə ev, xadimə işi axtarırmış. O, kənd camaatına  “Haçaqaya” ziyarətgahından gəldiyini deyirmiş. Əynində göy xalat, əlində ağ çanta olan bu qadının özünü qeyri-normal aparması kənd sakinlərinin diqqətini çəkib. Sonradan “Telli” avtobusa minərək Gədəbəy rayonu istiqamətinə gedib”.

İnarə Rafiqqızı

*   *   *21:29

Azərbaycan vətəndaşı olan qadın qanunsuz olaraq Ermənistana keçib.

Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyana istinadən məlumat yayıb.

“Bu il iyunun 7-də Azərbaycan-Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.

İşçi qrupunun rəhbəri onu da bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndəliyinə məlumat verilib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button