2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanlı qız “yeddinci hiss”ini kəşf edib – VİDEO

Avstraliyalı professor Devid Con Outs tərsinə danışmağı və başa düşməyi insanın “yeddinci hiss”-ni kəşf etməsi kimi dəyərləndirir. O, 20 ildən artıq apardığı araşdırmaların nəticəsi olaraq iddia edir ki, eşitdiklərini tərsinə çevirməyi və analiz etməyi bacaran insanlar deyilən hər yalanı asanlıqla hiss edib aşkara çıxara bilərlər.

Ölkəmizdə də Con Outsun dəyərləndirməsi ilə “yeddinci hiss”i kəşf edən insanlar yaşayır. Bunlardan biri də Ağstafa rayon Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradovadır.

9-cu sinif şagirdi olan Gülçin fərqli istedada — tərsinə oxumaq və danışmaq bacarığına malikdir. Məktəbli bu istedadı bir il olar özündə aşkarlayıb. Televiziya verilişlərinin birində tərsinə danışanları gördükdən sonra bunun bir istedad olduğunu anlayıb və gizli saxladığı bacarığını üzə çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bizimyol.info xəbər verir ki, istedadı barədə Sputnik Azərbaycan-a danışan Gülçin yaxınlarının əvvəl ona inanmadıqlarını bildirib: “Heç özüm də bilmədən sözləri beynimdə tərsinə çevirirdim. Bunu bacardığımı deyəndə, əvvəl heç kim mənə inanmaq istəmirdi. Yoxlamaq üçün sözlər, cümlələr yazıb, tərsinə oxutdurduqdan sonra inanırdılar”.

Heç bir xüsusi hazırlıq görmədən tərsinə danışmağı bacaran Gülçin kitabı tərsdən oxuyaraq yazılanları anlaya bildiyini deyir. Bundan başqa, o, sevdiyi mahnıları da tərsdən oxuyaraq zümzümə edir. Hətta bilmədiyi ingilis və rus dilində olan sözləri də eşitdikdən sonra dərhal əksini tələffüz etməyi bacarır.

Gülçinin istedadı barədə danışan atası Ramil Muradov qızının qabiliyyətinə dəstək olmağa çalışdığını deyib: “Gülçin utancaq olduğundan bu bacarığını gizlədirdi. Evdəkilər mənə deyəndə, sınamaq qərarına gəldim. Bir neçə söz soruşdum, tərsinə çevirdi. Gördüm ki, həqiqətən istedadı var, mane olmadım. Hərdən rastıma çıxan çətin sözlər, adlar soruşuram, fikirləşmədən tərsinə çevirir”.

Tərsinə danışma istedadının dərslərinə mane olmadığını deyən Gülçin, əsasən, dəqiq fənlərə üstünlük verir. Ən böyük arzusu isə gələcəkdə riyaziyyat müəllimi olmaqdır.
https://youtu.be/NewAnVB3K3c

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button