2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Azərenerji'' ötən ili 108,928 mln. manatlıq zərərlə tamamlayıb

Ötən il ASC-nin aktivləri 4 mlrd. 297,857 mln. manat olub

Saytların yığılması Saytlarin yigilmasi

2016-cı ildə “Azərenerji” ASC-nin aktivləri 4 mlrd. 297,857 mln. manat olub. Bu, 2015-ci illə müqayisədə 0,89 faiz və 38,266 mln. manat çoxdur.

Bu barədə dövlət şirkətinin konsolidə edilmiş maliyyə hesabatında deyilir. Audit “Deloitte” tərəfindən aparılıb.

Məlumatı APA yayıb. 

Bildirilir ki, aktivlərin 3 mlrd. 710,457 mln. manatı uzunmüddətli, 587,400 mln. manatı isə qısamüddətlidir: 

“Uzunmüddətli aktivlərin strukturunda 3 mlrd. 355,081 mln. manatı (-1,04 faiz) əmlak, tikili və avadanlıq, 8,734 mln. manatı (-87,09 faiz) əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar, 335,486 mln. manatı (+6,23 faiz) təxirə salınmış vergi aktivləri, 11,156 mln. manatı (+26,88 dəfə) təxirə salınmış vergi aktivlərinin payına düşür”.

Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 54,323 mln. manat (+5,02 faiz), əvəzləşdirilən ƏDV-nin payı  325,027 mln. manat (+0,6 faiz), ssudalar və debitor borcların payı 120,683 mln. manat (+51,75 faiz), ödənilmiş avanslar və qabaqcadan ödənilmiş xərclərin payı 7,617 mln. manat (-71,74 faiz), nağd pul və pul vəsaitlərinin ekvivalentlərinin payı 79,750  mln. manatdır (+20,32 dəfə) – deyə hesabatda bildirilir. 

Sənədə görə, dövlət şirkətinin öhdəlikləri 18,4 faiz və ya 644,026 mln. manat azalaraq 2 mlrd. 856,331 mln. manata çatıb. Bunun da 833,055 mln. manatı qısamüddətli, 2 mlrd. 023,276 mln. manatı isə uzunmüddətlidir.

“Azərenerji” ASC-nin tssudalar və borc vəsaitləri üzrə borcları 1 mlrd. 800,543 mln. manatdır. 2015-ci ilin sonuna isə bu göstərici 1 mlrd. 659,513 mln. manat olub. Bununla yanaşı, şirkətin dövlət subsidiyaları üzrə öhdəlikləri 114,515 mln. manat (2015-ci ilin sonuna 234,677 mln. manat) təşkil edib. “Azərenerji”nin ticarət və digər kreditor borcları 79 min manat və ya 4,52 faiz artaraq 1 mln. 825 min manat olub. 

Ötən il ərzində dövlət şirkətinin enerji satışı, elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 76 mln. 399 min manat və ya 10,41 faiz artaraq 810 mln. 161 manata yüksəlib.

Şirkət ötən il nizamnamə kapitalını dəyişdirməyərək 1 mlrd. 760,495 mln. manat səviyyəsində saxlayıb, cəmi kapital isə 89,87 faiz və ya 682,292 mln. manat artaraq 1 mlrd. 441,526 mln. manat təşkil edib.

2016-cı ildə 2 mln. 789 min manat mənfəət vergisi ödəyən ASC hesabat dövrünü 108,928 mln. manatlıq zərərlə başa vurub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button