2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Azərenerji”də maaş böhranı

İşçilərə əmək haqqı əvəzinə kənd təsərrüfatı məhsulları təklif edilir

“Azərenerji” ASC-də əmək haqqı böhranı yaşanır. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, bir neçə aydır işçilər maaş ala bilmir. Bu günlərdə isə qurumun işçilərinə əmək haqqı əvəzinə kənd təsərrüfatı məhsulları təklif olunub. “Feyxua, alma və digər meyvlərdən kisə-kisə gətirərək işçilərə deyirlər ki, maaş əvəzinə bunları götürün. İşçilərin çoxu bu təkliflə razılaşmayıb. Onlar maaşlarını tələb ediblər. Amma təklifi qəbul edənlər də olub”, – deyə “Azərenerji”nin adının çəkilməsini istəməyən işçilərindən biri bildirib.

Məlumatda qeyd olunur ki, rəhbərlik maaşların hansı səbəbdən gecikdiyinə heç bir izah vermir. Amma ehtimal olunur ki, bu maliyyə böhranı ilə bağlıdır: “Biz güman edirik ki, bu böhranla bağlıdır. Amma qurumun rəhbərliyi böhran sözünü dilinə belə gətirmir. Yaxşı böhran yoxdursa, o zaman maaşlarımızı niyə vermirlər? Hiyə bizə kənd təsərrüfatı məhsulları təqdim edirlər? Bütün günü evdə feyxua yeməliyik?”.

Saytların yığılması Saytlarin yigilmasi

İşçilər məsələ ilə bağlı yuxarı orqanlara şikayət edəcəklərini deyirlər.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button