2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Azərişıq” qiymət artımını qaçılmaz sayır

Azərbaycan hökuməti elektrik enerjisinin qiymətini 2022-ci ilədək ard-arda artıra bilər. Asiya İnkişaf Bankı (AİB) hökumətə belə bir təklif verib. Bank Azərbaycanın energetika sahəsinə 750 milyon dollarlıq kredit ayırır.

Hələ ötən ay, iyulun 14-də elektrik enerjisinin qiymətini 16 faiz artıran hökumət bu tövsiyəyə «hə» deyib, yenidən qiymət artımına gedəcəkmi? AİB-dən kredit alan «Azərişıq» ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzadlıqRadiosunun suallarını cavablandırıb. O, sözə AİB-in tövsiyəsindən başlayır:

Saytların yığılması Saytlarin yigilmasi

– «Azərişıq»ın belə planı yoxdur.

– Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etmisiniz (və ya edəcəksiniz)?

– Müraciət etməmişik, yox. Biz Tarif Şurasının qərarını icra edirik.

– Bəs indiki qiymətlər «Azərişıq»ı qane edir? Bəzi ekspertlər qiymətin aşağı salınmalı olduğunu deyir, bəziləri də hətta 10 qəpiyə qaldırılmalı olduğunu söyləyir…

– Təbii ki, indiki vaxtda bu qiymət bizi qane etmir. Devalvasiya, şəbəkənin idarə edilməsi, işçilərin saxlanılması, materialların, yeni texnologiyaların alınması var… Gündəlik artım olur, dünyanın hər yerində, o cümlədən bizdə dəyişikliklər baş verir və bunlar, ardıcıl olaraq, şəbəkənin saxlanılmasına lazımdır. Biz daxili vəsait hesabına qurduğumuz şəbəkəni idarə edirik. İndi ən aşağı tarif Azərbaycandadır. İstər regionda, istərsə başqa ölkələrdə ən aşağı tarif bizdədir və bu da şəbəkəmizin saxlanılmasına yetərli deyil. İyulun 14-də qiymət artırıldı. Bu, zəruri idi. Məqsəd – şəbəkəni olduğu vəziyyətdə qoruyub saxlamaq idi.

– Sizin xərclərinizi ödəməkdən ötrü qiymətlər təxminən nə qədər artırılmalıdır?

– Yalançı olaram. Bu məsələ bizim səlahiyyətimizdə deyil, ancaq bu addım zəruridir. Şəbəkəni qorumağa, regionlarda yenidənqurma işləri aparmağa, yarımstansiyalar qurmağa zəruridir. Biz bunları öz hesabımıza edirik. Son qiymət artımı çox cüzi təsir edir bizə, çox cüzi. Amma tarif məsələsi bizim səlahiyyətimizdə deyil.

– O halda yaxın zamanlarda elektrik enerjisinin qiymətində yenidən artım gözlənilir?

– Yox, məncə, yox. Bununla bağlı bizim heç bir təşəbbüsümüz, müraciətimiz olmayıb.

– Ekspertlər, iqtisadçılar son illərdə hökumətin enerji sahəsinə yetərincə böyük – 4 milyard dollar sərmayə yatırdığını, ancaq bu sahədə görülən işlərin yetərli olmadığını, hətta durumun yarıtmaz olduğunu söyləyirlər…

– Gerçəkçi olaq. Görülən işlər göz önündədir. Hər yerdə enerji sərfiyyatı yüksək səviyyədə təmin olunub.

İLHAM ŞABAN: «MƏN SALAVAT ÇEVİRİRƏM Kİ, 2 MİLYARD GÖTÜRMƏYİBLƏR»

Enerji məsələləri eksperti İlham Şaban kredit verən qurum kimi AİB-i gözəl anladığını və o özü də kredit verən qurum olsaydı, «yarıtmaz fəaliyyəti» görüncə, qiymət artımını tələb edəcəyini söyləyir: «Kredit dollarla verilib və 750 milyon dollar həcmindədir. Təbii ki, bank bu sahədəgörüləcək işin effektivliyindən narahatdır. Ona görə də təklif edir ki, qiymətlər mərhələli şəkildə qaldırılsın və krediti də qaytarmaq mümkün olsun».

Ekspertin fikrincə, bu sahədə qiymət artımındansa islahatlar aparılmalı, idarəetmə, paylanma sistemi təkmilləşdirilməlidir. Ancaq o, yığımın 80 faizdən aşağı olduğunu, dövlət qurumlarının işlətdikləri elektrik enerjisinin pulunu ödəmədiyini bildirir. O bütün bunların «maliyyə intizamsızlığından» ortaya çıxdığını söyləyir: «Azərbaycan enerji ölkəsidir, bu sahəyə böyük investisiyalar yatırmış ölkədir. Əgər bunu idarə edə bilməyiblərsə, bizim bunda günahımız nədir? Niyə istehlakçı bunu ödəməlidir? İstehlakçının belindən çıxırdısa, onda hüququ var menecmentdən imtina etsin. Hökumət menecmenti dəyişmirsə, xalqın qarşısında özü hesabat verməlidir».

«İndiki böhran durumunda ölkənin yeni kreditə nə ehtiyacı var» sualını eşidincə, İlham Şaban gülür və sualı belə cavablayır: «Bu ona bənzəyir ki, Azərbaycan müstəqillik qazanandan bəri yol çəkir… 750 milyon dollar nədir ki? Energetika naziri Natiq Əliyev 2 milyarddan danışırdı. Mən hələ salavat çevirib deyirəm ki, şükür Allaha ki 750 milyon dollar götürüblər».

«HÖKUMƏTİN MƏQSƏDİ NƏDİR?»

Bakıda üçotaqlı mənzildə yaşayan, 350 manat maaş alan Ramiz Əyyubovsa deyir ki, qışda elektrik enerjisinə 30-35 manat, yayda 25-30 manat ödəyir. O, yeni qiymət artımını eşitmək belə istəmir. «Yeni qiymətin sarsıntısı hələ canımızdan çıxmayıb. Aldığımız qəpik-quruşdur – 350 manat alıram. Yoldaşım azyaşlı uşağa baxır evdə, işləmir. Bir tək mən pul aparıram evə. Maaş artmır, amma işıq qalxır, ardınca çörək bahalanır, sonra ət bahalanır, bəs biz bu 350 manata necə dolanaq? Bir bunu düşünən var? Hökumətin bu kreditləri götürməkdə məqsədi nədir?».

(azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button