2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Azərkitab” niyə bağlandı – Səmərəsiz idarəçilik, yoxsa biznesi planlarının qurbanı?

Yayılan məlumatlara görə, paytaxtın populyar kitab mərkəzi kimi tanınan “Azərkitab” fəaliyyətini dayandırır. Mərkəzin bağlanmasına səbəb kimi isə maliyyə çatışmazlığı, mərkəzin gəlir əldə edə bilməməsi göstərilir.

“4 ildir ki, yerləşdiyimiz inzibati binanın icarə haqqı və digər xərcləri bizim üçün artıq çətindir. Buna görə də, fəaliyyətimizi müvəqqəti olaraq dayandırmağa qərar verdik. Ümid edirik və inanırıq ki, dövlətimiz tərəfindən “Azərkitab” üçün uyğun bir məkanda yer veriləcək. Yeni ünvan barədə məlumat veriləcək”.

Bu barədə “Azərkitab”ın adından yayılan müraciətdə bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərkitab”ın icarə haqqını ödəyə bilməməsi səbəbindən fəaliyyətini müvəqqəti olaraq, yəni yeni uyğun bina tapılana qədər dayandırması ədəbiyyatsevərləri xeyli dərəcədə məyus etməklə yanaşı, ədəbi cameədə müxtəlif söz-söhbətlərin meydana çıxmasına, dolaşmasına şərait yaradıb. Ədəbi ictimaiyyətdə, yazıçılar-şairlər, ziyalılar arasında dolaşan söhbətlərə görə, şəhərin görkəmli yerlərindən birində yerləşən “Azərkitab”ın binasına işbazlar tamah salıb. 2017-ci ildə açılan və ədəbi ictimaiyyətin isti ocağına çevrilən, yığıncaqlar, təqdimatlar keçirilən “Azərkitab”ın maddi gəlir əldə edə bilməmək sarıdan müvəqqəti olaraq fəaliyyətini dayandırması böyük narahatlıq yaradır. Məlumdur ki, “Azərkitab” böyük ümidlə açılmışdı, indi də özünü doğrultmadığı məlum olur. Gəzən söz-söhbətlərə görə, kitab mərkəzinin bağlanması məsələsində xeyli şübhələr var və mərkəzin gəlir gətirə bilməməsi də elə bu amildən qaynaqlanır. Gəzən söhbətlərə görə, binanın sahibi qəsdən icarə haqqını qaldıb ki, kitab mərkəzi o pulu ödəyə bilməsin, mərkəz səmərə verməsin, fəaliyyətini dayandırsın.

Bu arada digər mənbədən aldığımız məlumata görə, “Azərkitab”ın yerləşdiyi binanın sahibləri həmin binanın təyinatının dəyişdirilməsi yönündə addımlar atır və kitab mərkəzi oradan çıxandan sonra bina ya restoran, ya da başqa biznes məkanı kimi istifadə olunacaq. Yəni Bakının mərkəzində yerləşən bu binada işbazların gözü olduğu deyilir. Ekspertlər deyir ki, şəhərin mərkəzində kitabı təbliğ etmək baxımından əhəmiyyətli olan mərkəzin işbazların marağının qurbanı olması yolverilməzdir. Ekspertlər deyir ki, ötən əsrin 90-cı illərindən başlayaraq indiyə qədər kitab mağazalarına, kitab mərkəzlərinə qarşı işbazların, bəzi sahibkarların soyqırımı davam edir, harada kitab mağazası görürlərsə, dərhal bütün vasitələrdən istifadə etməklə o mağazaları çökdürürlər. Onun yerində isə ticarət obyekti tikirlər. Bu baxımdan, “Azərkitab”ın ticarət mərkəzinə, yaxud restorana çeviləcəyi şübhə və təəccüb doğurmur. Kitaba qarşı düşmənçiliyin hələ də davam etdiyini deyən ekspertlərin sözlərinə görə, bu halın qarşısı rəsmən alınmalıdır.

“O bina “Azərkitab”ın öz binası deyildi və oranı icarəyə götürmüşdük”

Məsələ ilə bağlı “Azərkitab”ın rəhbəri Sabir Həsənovla əlaqə saxladıq. S.Həsənov bizimlə söhbətində bildirdi ki, “Azərkitab”ın yerləşdiyi binanın sahibi icarə haqqını qaldırıb və bu səbəbdən də mərkəz icarə haqqını ödəyə bilmir: “Çox təəssüflər olsun ki, “Azərkitab” Kitab Mərkəzi müvəqqəti olaraq fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Binanın sahibi icarə haqqını qaldırdı. Deyilənlərə görə, “Azərkitab”ın yerləşdiyi binanın sahibi oranı restoran etmək istəyir. Oranın təyinatını dəyişib restorana çevirirlər”.

“Azərkitab”ın fəaliyyət göstərdiyi binanın sahibinin kimliyinə gəlincə, S.Həsənov ad çəkməyəcəyini bildirdi və dedi ki, məqsədi sahibkarı ittiham etmək deyil. S.Həsənov dedi ki, baş verənlərdən ədəbi ictimaiyyət də, Mədəniyyət Nazirliyinin bəzi nümayəndələrinin xəbəri var: “Biz Mədəniyyət Nazirliyinə və başqa müvafiq qurumlara yer üçün müraciət etmişik. İndi əsas istəyimiz odur ki, dövlət “Azərkitab”a dəstək olsun, bina ilə təmin etsin, biz də fəaliyyətimizi davam etdirək. “Azərkitab” bir mədəniyyət mərkəzinə çevrilmişdi. Amma bu gəlir gətirən sahə olmadığı üçün icarə haqqını ödəməyi çatdıra bilmədik. Son 4 ildə gördüm ki, icarə haqqını çatdıra bilmirəm, heç kəs də mənə dəstək olmadı. “Azərkitab” bağlanmır, müvəqqəti olaraq fəaliyyətini dayandırır. O bina “Azərkitab”ın öz binası deyildi və oranı icarəyə götürmüşdük”.

Binanı boşaltdıqlarını deyən S.Həsənovun sözlərinə görə, ən böyük ehtiyacı olan məsələ bina təminatıdır. Qəzetimiz vasitəsilə dövlət başçısına müraciət edən S.Həsənov bidirdi ki, Prezidentin “Azərkitab”a dəstək olacağına ürəkdən inanır. “İndiyə qədər aidiyyəti dövlət qurumlarına bir neçə dəfə müraciət etmişəm, qəzetiniz vasitəsilə yenə də edirəm və inanıram ki, “Azərkitab”ı bina ilə təmin edəcəklər. 2017-ci ildən “Azərkitab”ı qurmuşuq. AYB-dən də bizə dəstək verirlər, Mədəniyyət Nazirliyində də müəyyən adamlar məsələyə münasibət bildiriblər. Dövlətdən “Azərkitab”a dəstək gözləyirik, ümid edirik ki, bizi tək qoymayacaqlar”- deyə S.Həsənov bildirdi. (Bakıxəbər)

The post “Azərkitab” niyə bağlandı – Səmərəsiz idarəçilik, yoxsa biznesi planlarının qurbanı? appeared first on 24 saat.

24 saat” ““Azərkitab” niyə bağlandı – Səmərəsiz idarəçilik, yoxsa biznesi planlarının qurbanı?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button