2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azərsun” yerli istehsalçıları boykot edir

Şirkət Ukrayna iqtisadiyyatına fayda verməyi üstün tutur

Son günlər mətbuatda mal əti konservlərinin mənşəyi bəlli olmayan ətlərdən hazırlandığı barədə məlumatlar yayımlanıb. “Azərsun Holdinq” bu xəbərlərin əsasız olduğunu sübut etmək, media mənsublarını “Qafqaz” konserv zavodundakı iş prosesi ilə əyani tanış etmək üçün zaovoda media tur təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu kimi səfərlərin MMC-nin tabeliyində fəaliyyət göstərən istehsal müəssisələrinə mütəmadi təşkil olunduğunu deyib.

Konserv məhsullarının istehsalı zamanı istifadə olunan halal sertifikatlı ətin xarici ölkələrdən alındığı və zavod daxilində fəaliyyət göstərən, ən yüksək avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanıldığı qeyd olunub.

Media nümayəndələri istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesi ilə birbaşa tanış olmaq imkanı qazanıb.

Jurnalistlərə bildirilib ki, zavod yarandığı gündən indiyədək yerli istehsalçılardan ət qəbulunu həyata keçirmir. “Qafqaz Konserv Zavodunda emal olunan halal sertifikatlı ət Ukraynadan alınır. Buna görə, “Azərsun Holdinq” istehsal etdiyi konserv məhsulları ilə bağlı hər hansı şikayəti qəbul etmir.

“Qafqaz” Konserv Zavodunda yaradılan müasir istehsal imkanları yüksək keyfiyyətli məhsulların istehsalına imkan verir. Zavodda həmçinin xammalın girişindən istehsalına qədər bütün mərhələlərdə yüksək nəzarət mexanizmi mövcuddur”, – deyə holdinq rəsmisi bildirib. (apa)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button