2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"AzərSuTikinti" Səhmdar Cəmiyyətinin xəstəxanasının işçiləri müəssisənin bağlanmasına etiraz edirlər

Bakı/18.01.22 Ötən həftə “AzərSuTikinti” Səhmdar Cəmiyyəti xəstəxanasının işçiləri bu tibb müəssisəsinin bağlanmasına etiraz olaraq aksiya keçiriblər.

Onlar Bakının Nizami rayonunda yeganə dövlət xəstəxanası olan bu səhiyyə obyektinin ləğv edilməsinin yolverilməz olduğunu bildiriblər.

Bundan əlavə, onların fikrincə, pandemiya şəraitində xəstəxananın bağlanması heç düzgün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Kollektiv Azərbaycan prezidentinə müraciət edərək xəstəxananın ləğvinə yol verilməməsini xahiş edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin  rəhbəri Elnarə Baxış bildirib ki, həmin xəstəxananın cərrahiyyə əməliyyatları aparan 9 həkimi başqa müəssisəyə keçiriləcək.

Əsasən 4 cərrah, 2 ginekoloq və 2  qulaq-burun-boğaz həkimi Sabunçu tibb mərkəzinə köçürüləcək.

“Tibbi personalın qalan hissəsi, o cümlədən nevroloji, terapevtik, qəbul, reanimasiya, laboratoriya şöbələri yeni Nizami Rayon Tibb Mərkəzinə köçürüləcək və işlərini orada davam etdirəcəklər. Bu məsələlər həmin müəssisənin ştat cədvəlində öz əksini tapıb”, – Baxış bildirib.—06D

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button