2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azәrbaycan daha bir hesabatda avtoritarlar sırasında

Son bir ildə qlobal miqyasda demokratiyada ciddi geriləmə baş verib. “Economist Intelligence Unit” bunu yanvarın 31-də açıqladığı illik Demokratiya İndeksində bildirir.

Bu indeks 2017-ci ildə 165 müstəqil ölkə və iki ərazidə demokratiyanın durumunu öyrənib. 2010-cu ilin maliyyə və iqtisadi böhranından bəri ən pis göstəricinin qeydə alındığı bildirilir.

2016-cı illə müqayisədə ötən il heç bir regionda yaxşılaşma olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dünya əhalisinin 5 faizdən də azının “tam demokratiya” şəraitində yaşadığı bildirilir.

Bunun əsas səbəblərindən biri media azadlıqları sahəsində düşüş və azad sözə məhdudiyyətlər göstərilir. Bu da hökumət repressiyası sonucunda baş verib. Builki Demokratiya İndeksində media azadlığına xüsusi diqqət ayrılır, yeni Media Azadlığı indeksi də təqdim olunur.

AZƏRBAYCANIN YERİ

Norveç, İslandiya, İsveç, Yeni Zelandiya və Danimarka tam demokratiyalar sayılıb.

Azərbaycan 148-ci yerdə, “avtoritar ölkə” kateqoriyasında qərarlaşıb. Qonşulardan Gürcüstan (79) və Ermənistan (111) hibrid rejimlər sırasındadır. Rusiya (135) avtoritar ölkə sayılıb. Bu kateqoriyada Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan, Türkmənistan da var.

Media Azadlığı İndeksinə gəlincə, Azərbaycan (154), Rusiya (139) qeyri-azad, Gürcüstan (49) qismən azad, Ermənistan (109) əsasən qeyri-azad sayılıb.

Hakimiyyət təmsilçilərindən bu indeksə, hələlik, münasibət açıqlanmayıb. Ancaq ənənəvi olaraq, onlar Azərbaycanda demokratik ənənələrin bərqərar olması yönündə intensiv iş getdiyini, təməl insan hüquq və azadlıqlarının tam təmin olunduğunu deyirlər. Prezident İlham Əliyev noyabrın 24-də “Şərq Tərəfdaşlığı” Sammitinin plenar sessiyasında deyirdi ki, “biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik”.

Bu dəfəki indeks üzə çıxarıb ki,

Dünya demokratiyalarının çoxunda siyasi, sosial və mədəni fərqlər dərinləşməkdədir;
Ən böyük demokratik geriləmə Asiyada baş verib;
İspaniya “tam demokratiya” statusunu saxlasa da, balı kəskin düşüb. Bir səbəb hökumətin Kataloniya böhranını necə idarə etməsidir.
İndeksdə ilk üç yeri Skandinaviya ölkələri, sonuncu yeri isə Şimali Koreya tutur. (azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button