2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“AZ uzantılı domenlə bağlı problemlərin həllinə ehtiyac var”

 

Osman Gündüz: “Az domeninin beynəlxalq satışa çxıarılmasında problem olmamalıdır”

“Fəaliyyəti təhlükə doğuran saytların domenini bir anda söndürmək mümkündür”

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda geniş istifadə edilən .az uzantılı domen adlarının beynəlxalq satışa çıxarılmaması, domenin fəaliyyətinin ölkə sərhədləri ilə məhdudlaşdırılması maraq doğurur. Məlumat üçün qeyd edək ki, bir çoxları bunu təhlükəsizliklə bağlı bir addım olduğunu vurğulasa da, məsələyə fərqli aspektdən yanaşanlar da az deyil. Belə ki, bəzi mütəxəssislər hesab edir ki, “az” domeninin beynəlxalq satışının təşkili ölkəmizə ciddi miqdarda gəlir gətirə bilər.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 24saat.org-a açıqlamasında az domeni ilə bağlı müəyyən problemlərin mövcudluğuna diqqət çəkdi:

“Az domeninin tənzimlənməsində, onun qeydiyyatı ilə bağlı məsələlərdə problemlər var. Əsas problem ondan ibarətdir ki, bunun tənzimlənməsi və qeydiyyatı ilə bağlı məsələlər həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq normalara uyğun deyil. Müvəqqəti bir sistem formalaşdırılıb. Bu, sadəcə bir qrup tərəfindən idarə olunur. Uzun müddətdir ki, bu proses belədir. Qanunvericiliyə görə, əlaqədar qurumların iştirakı ilə tənzimləyici qeydiyyat qurumu formalaşmalı idi. Lakin belə bir qurum faktiki olaraq yoxdur. Telekommunukasiya haqqında qanunda nəzərdə tutulur ki, “az” domeninin qeydiyyatının tənzimlənməsi ilə bağlı müəyyən bir qrum formalaşsın. Əvvəlki rabitə nazirin dönəmində belə bir proses aparıldı. Müzakirələr getdi, lakin sonra bu proses donduruldu. Bu sahədə belə demək mümkünsə, bir inhisarçılıq var. Hər şey “İntrans” şirkəti tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələbləri, beynəlxalq normalar gözlənilmir. Həm şəffaflıqla bağlı, həm beynəlxalq normalara uyğun qeydiyyatın aparılmasında problemlər var. Təsdiqlənən bir qeydiyyat qaydası yoxdur. Bu qaydaları heç bir qurum təsdiqləməyib. Bu, sadəcə şirkətin özünün qaydalarıdır. Buna görə də hesab edirəm ki, bu sahədəki problemlərin həllinə ehtiyac var. Şəxsi rəyə görə hansısa domenin qeydiyyatından imtina edilir və ya imtina edilmir. Düşünürəm ki, yeni rəhbərlik yəqin ki, bu məsələləri diqqətə alacaq. Yaxşı olardı ki, nazirliyin yeni rəhbəri tərəfindən əlaqədar qurumlarla birlikdə bunun dəqiq həlli müəyyənləşdirilsin.

“Az” uzantılı domeninin beynəlxalq satışa çxıarılmasında problem olmamalıdır. Domen lokal çərçivədə qala bilməz. Domenin qeydiyyatı əgər Azərbaycan tərəfinin əlindədirsə, bu qeydiyyatın hamı tərəfindən qəbul edilən qaydaları varsa, o zaman ortaya çıxan problemləri həll etmək mümkündür. Əgər hansısa bir xarici istifadəçi tərəfindən alınan domen əsasında yaradılan bir sayt Azərbayanın maraqlarına uyğun fəaliyyət göstərmirsə, bunun qarşısını almağın çox sadə bir yolu var. Qeydiyyat qurumu bir anda həmin domeni söndürür. Burada çətin heç nə yoxdur”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button