2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Az yatmaq xərçəngə tutulma riskini artırır

“The Guardian” qəzetinə müsahibəsində Berkeley-dəki California Universitetinin İnsan Yuxu Elmi Mərkəzinin professoru Matthew Walker deyib ki, yuxusuzluq “bizim biologiyamızın bütün aspektlərini təsirləndirir”.
Alim deyir ki, buna baxmayaraq, siyasətçilər və iş sahibləri bu ciddi məsələyə barmaqarası baxırlar. Bəzi hallarda “normal gecə yuxusu yatmaq arzusu” işverənlər tərəfindən “tənbəllik” kimi qavranır.
Walker-in fikrincə elektrik işığı, televiziya, kompüter ekranları, şəxsi həyatla iş həyatının arasındakı sərhədin yayğınlaşması müasir insanın yuxusuzluq probleminə töhfə verir. Müasir insan normal sayılan 8 saatdan az yatır.
Halbuki bu yuxu çatışmazlığı xərçəng, diabet, ürək xəstəlikləri, insult, Altsaymer xəstəliyi, piylənmə və ruhi xəstəliklər kimi fəsadlara yol açır.
Professor Walker deyir ki, bütün bunlara baxmayaraq biz dövlət səhiyyəsinin bu barədə xəbərdarlıq edən bir dənə də plakatını görmürük.
Alimin təxmini hesablamalarına görə Britaniya iqtisadiyyatı yuxu çatışmazlığı ucabatından ildə 30 milyard funt sterlinq itirir. Bu ÜDM-in 2 faizi deməkdir.
Onun özünə gəldikdə isə Walker bildirir ki, onun üçün səkkiz saatlıq yuxu güzəştə gedilməsi mümkün olmayan bir vərdişdir.
“Mən öz yuxuma ona görə belə ciddi yanaşıram ki, bunun tərsinin gətirdiyi bəlaların şahidi olmuşam” – deyir professor.
Onun “Biz niyə yatırıq: Yuxu və yatmaq haqqında yeni elm” (Why We Sleep: The New Science of Sleep and Dreams) adlı kitabı gələn ay işıq üzü görəcək.
Bu kitabda deyilir ki, yalnız bir gecə 8 saat əvəzinə 4-5 saat yatmaq insan orqanizmində xərçəng hüceyrlərlərinə qarşı mübarizə aparmalı olan hüceyrələrin sayını 70 faiz azaldır.
Yuxusuzluq xüsusilə də bağırsaq, prostat və döş xərçənginə təkan verir. Təsadüfi deyildir ki, Dünya Səhiyyə Təşkilatı gecə iş növbəsini karsinogen – xərçəngyaradan kimi qiymətləndirib.
Professor deyir ki, adamlar ailə və əyləncə də daxil bir çox şeylərə yuxularını qurban verirlər.
O qeyd edir ki, alkoqol və kafeinli içkilər yuxunun əsl düşmənləridir. Alim deyir ki, “biz bir sıra məşhur siyasətçilərin, məsələn Margaret Thatcher və Ronald Reagan-ın yalnız bir neçə saat yuxu ilə kifayətləndiyini oxuyanda heyran oluruq, amma halbuki onların hər ikisi qocalıqda demensiya xəstəliyinə mübtəla olub”.
Walker-in fikrincə, təəssüf ki, belə şeylərə görə yuxusuzluq az qala qəhrəmanlıq, yatmağa meyllilik isə tənbəllik əlaməti sayılıb.
“Heç kəs körpənin yatmasına tamaşa edəndə onu tənbəllikdə qınamır. Biz bilirik ki, körpəni yuxusuz qoymaq olmaz. Amma axı, bu bizim hamımız üçün belə mühüm olmalıdır” – deyir alim.
Walker gülümsəyərək belə bir misal gətirir.
“Bəzən elə olur ki, səhər saat 10 radələrində təyyarə ilə harasa səfər etməli oluram. Bu, insanların qıvraq və oyaq olmalı vaxtıdır. Amma ətrafıma baxanda görürəm ki, təyyarənin yarısı yatıb” – deyir alim.
Alim bildirir ki, yuxu əslində beynin çox fəal bir vaxtıdır.
“Tədqiqatçılar bir vaxtlar yuxu zamanı beynin səthində gedən prosesləri komaya bənzədirdilər. Bu çox yanlış yanaşma idi. Yuxu zamanı beyində bir çox mühüm proseslər gedir” – deyir professor.
O izah edir ki, yuxu zamanı orqanizmdə qan təzyiqi düşür, rahatlıq başlanır və belə bir vəziyyət hüceyrələrə ən yaxşı dərmandan daha çox fayda verir. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button