2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azad Demokratlar Partiyası Gözəl Bayramlıya azadlıq tələb etdi

“Bu həbsi siyasi sifariş və qisasalma əməliyyatı kimi qiymətləndiririk”

AXCP sədrinin müavini Gözəl Bayramlının şərlənərək həbs edilməsinə cəmiyyətin müxtəlif təbəqələrindən, o cümlədən beynəlxalq aləmdən kəskin reaksiyalar gəlməkdədir. Azad Demokratlar Partiyası da Gözəl Bayramlının həbsiylə bağlı bəyanat yayıb və bunu siyasi sifariş adlandırıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
“Azad Demokratlar Partiyası,AXCP sədrinin müavini Gözəl Bayramlının 2017-ci il may ayının 25-də Gürcüstandan müalicədən qayıdarkən Qazax rayonunun Şıxlı sərhəd-buraxılış məntəqəsində saxlanılaraq barəsində AR CM-nin 206.1 (qaçaqmalşılıq) maddəsi ilə cinayət işi başlanmasını,mayın 26-da gecə saat 23:30 radələrində Səbail rayon Məhkəməsi tərəfindən haqqında həbs qətimkan tədbirinin seçilməsini,bu günə qədər vəkili ilə görüşməsinə imkan verilməməsini,qeydiyyatda olduğu həm də yaşadığı mənzildə axtarış apararaq ona aid olan sənədlərin və əşyaların götürülməsini,siyasi rəqiblərin ardıcıl olaraq sıradan çıxarılmasına xidmət edən siyasi sifariş və qisas alma əməliyyatı kimi qiymətləndirir.
İlham Əliyevin məlum fərmanından sonra güya ki, cinayət məsuliyyətinə cəlb edilmə və qətimkan tədbirinin seçilməsi zamanı humanizm və təqsirsizlik prizumpsiyası əsas götürülməli idi.Lakin Gözəl Bayramlıya qarşı göstərilən münasibət nə qanuna,nə humanizmə nə də mənəviyyata sığan hərəkət deyil.Hakimiyyətin bu hərəkəti cəmiyyətdə mövcud olan qorxu hissini möhkəmlətmək,ağırlaşan sosial-iqtisadi vəziyyətin törədəcəyi narazılığın fonunda 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri öncəsi xalqın “gözünü qırma” əməliyyatıdır.
Bu həbs Beynəlxalq Bankla bağlı baş verən və ictimaiyyəti dərin narahat edən xoşagəlməz hadisələrdən,Milli Ordudakı “casus şəbəkəsi”nin elan olunmasından sonra ortaya çıxan ölüm hadisələrindən ictimai diqqətin yayındırılması cəhdidir.
Göründüyü kimi hakimiyyətin bu addımı onsuz da kifayət qədər ciddi olan hakimiyyət-xalq qarşıdurmasını bir qədər də dərinləşdirmiş, müxalif düşərgənin isə yaxınlaşmasına təkan vermişdir. Liberal demokratik dəyərləri,demokratiya və insan haqlarını daima müdafiə edən Azad Demokratlar Partiyası Gözəl Bayramlının,eləcə də digər siyasi məhbusların pozulmuş hüquqlarının bərpa edilməsini tələb edir,bununla bağlı nəzərdə tutulan müdafiə tədbirlərində iştirak etməyə hazır olduğunu bildirir və hakimiyyəti süni qarşıdurma yaratmaqdan çəkinməyə dəvət edir”

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button