2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azad edilən ərazilərdə 13 min hektardan artıq ərazi minalardan təmizlənib

Bakı/14.02.22 Azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından (PDS) tam təmizlənib. Bu barədə Müdafiə Nazirliyinin fevralın 14-də yaydığı məlumatda deyilir.

“İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 13868 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9012 ədəd PDS aşkarlanaraq məhv edilib”, deyə məlumatda vurğulanır.

Məlumata görə, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir. -05D-

Saytların yığılması Saytlarin yigilmasi

 

24 saat” “Azad edilən ərazilərdə 13 min hektardan artıq ərazi minalardan təmizlənib” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button