2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə işlərin gücləndirilməsilə bağlı tədbirlər haqqında fərman

Bakı/16.09.21  Sentyabrın 16-da dövlət başçısı “Azərbaycanda minalardan təmizləmə üzrə fəaliyyətin razılaşdırılması üzrə əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Sənəddə 3 ay müddətində ölkənin azad edilmiş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarının təmizlənməsi üzrə işlərin gücləndirilməsilə bağlı addımların hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb.

Həmçinin minalardan təmizləmə işləri üzrə illik planın hazırlanması və hər il dekabrın 25-nə qədər təsdiqlənməsi tapşırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlər Kabineti bu işlərin həyata keçirilməsi üzrə səlahiyyətlər bölgüsünü Ərazilərin Minalardan Təmizlənməsi üzrə  Agentlik, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında həyata keçirməlidir. Əlaqələndirici rol Ərazilərin Minalardan Təmizlənməsi üzrə  Agentliyə ayrılır.

Bu işə müxtəlif beynəlxalq təşkilatların və fiziki şəxslərin cəlb edilməsi də tapşırılıb.–02D-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button