2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Azad Həsənov aclıq aksiyasına başladığını elan edib”

Apelyasiya Məhkəməsi müsavatçının işini təmin etməyib

Yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsi müsavatçı Azad Həsənov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Məlumatı Azad Həsənovun vəkili Osman Kazımov yayıb. Bildirib ki, məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan edib”.

Saytların yığılması Saytlarin yigilmasi

Litvada siyasi mühacir həyatı yaşayan A.Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.

Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb.

A.Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir.

Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button