2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Azad olmaq xalqımızın haqqıdır”

“Müsəlman Birliyi”nin sədr müavini “Azadlıq”dan ictimaiyyətə müraciət yolladı

Müsəlman Birliyi Hərəkatının sədr müavini, hazırda həbsdə olan Elçin Qasımov “Azadlıq” qəzeti vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb. Onun müraciətini vəkil Elçin Qəmbərov çatdırıb.

Elçin Qasımov yazır ki, hər bir azərbaycanlı müstəqilliyimizə, dövlətçiliyimizə yönələn istənilən təhlükənin qarşısını almaq istiqamətində fəaliyyət göstərməli və bu yolda cəsarətlə mübarizə aparmalıdır. O, fəal ictimaiyyəti ayıq-sayıq olmağa və daha möhkəm birliyə çağırır.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətdə qeyd olunur ki, başqalarını zülmə məruz qoymaq, əsarətdə saxlamağa çalışmaq qadağan edildiyi kimi, zülmə təslim olmaq və köləliklə razılaşmaq da yol verilən deyil.

“İnkişaf etmək, azad olmaq, güclü və qüdrətli olmaq biz Azərbaycan xalqının da haqqıdır. Yetər ki, bir olaq, cəsarətli olaq, ədalətli olaq, Haqqa bağlı olaq, azad olaq…”, – deyə Elçin Qasımov yazıb.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button