2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azad Rəhimovun oğlu jurnalistlərə qadağa qoydu – FOTO

2018-ci ildə Azərbaycanda 3-cü dəfə Formula-1 yarışları təşkil olunacaq. 2016 və 2017-ci illərdə təşkil olunan yarışda müəyyən problemlər üzündən narazılıqlar yaranmışdı.
Hətta F-1-in rəsmi “Facebook” qrupunda yarışlaın başlanacağı ərəfəsində tamaşaçılardan biri şikayət yazmışdı. Həmin şikayət yenidən sosial şəbəkədə gündəmə gəlib:
“Tiblisidən dostum zəng etdi ki, hansı tribuna yaxşıdır. Mən sadalamağa başladım, Abşeron, Azneft… Mən sadaladıqca o sayta baxıb deyirdi: Abşeron və Azneftdə bilet qurtarıb. Bilet qalan tribunalardan Filarmoniyanı seçdi və 2 bilet aldı. Hərəsi 260 lariyə (təxminən 178,50 manat). Ofisə gəlib burada sayta girdim və gördüm ki, Filarmoniya tribunasında bilet qurtarıb. Amma Abşeron, Azneft tribunasında nə qədər istəsən bilet var, özü də yüksək qiymətə… Başa düşdüm ki, yalnız xarici vətəndaşlar üçün bəzi yerlər ayırıblar və ucuz qiymətə satırlar. Yerli əhali üçün digər yerləri ən baha qiymətə satırlar”.
Ötənilki şikayətlər, problemlər və bu ilki yeniliklərlə bağlı Bakıda Formula-1 yarışınının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Unikal.org-a danışıb:
“Vaxtında məlumat tutsaydıq araşdırma apara bilərdik. Doğrusu bilmirəm bunu necə şərh edim. Mən danışdıqca elə onu fikirləşirəm. Mənə də maraqlıdır, axı keçən il bizdə yer fərqi olmayıb. 2018-ci ildə olacaq. İndi mənə buna cavab vermək bir qədər çətindir. Ola bilər hansısa texniki problemlər olsun. Qeyd etdiyiniz tipli problem olmamalıdır. Bəzən olur ki, satışı tək biz etmirik. Hansısa tərəfdaşlarımız həyata keçirir və ya korporativ müştərilər üçün satış olur. Ola bilər hansısa bir paketi qrup halında başqa bir partyorumuza satmışıq. Amma digər tərəfdən sayt üzərində iş hər zaman gedir. Saytımızın görünüşü də dəyişib. Yeniliklər, 2016-cı ildə olmayan məqamlar əlavə olunur ki, bilet alan insanlar üçün daha rahat olsun. Bir sözlə, iş gedir”.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCC) rəsmisi F-1-in saytında qeyd olunan otel qiymətləri ilə bağlı narazılıqdan da danışıb:
“Otellərin qiymətlərinə təsir göstərə bilmərik. Bu dövlət səviyyəsində nəzarət olunur. Bizlik bir iş yoxdur. Hər bir otel özəl bir qurumdur və özləri qiymət qoyurlar”.
Maliyyə məsələsi ilə bağlı danışmaq istəməyən N.Arpadarai “Maliyyə ilə bağlı heç vaxt, heç bir bəyanatla çıxış etməmişik. Çünki maliyyə məsələlərinə tam olaraq nazirlik nəzarət edir. Nazirlik bu məsələləri ancaq öz qeyd edir”- deyə bildirib.
Nigar Arpadarai akreditasiya məsələlərindəki problemlərindən də söz açıb. O, həmçinin hansı KİV-lərə və jurnalistlərə akreditasiya verilməyəcəyinə də toxunub:
“Əksinə, deyərdim ki, akreditasiya problemləri ancaq 2016-cı ildə olmuşdu. Həmin ildə bu böyük bir problem idi. Biz bildirdik ki, Beynəlxalq Avtomobil Federasiyası akreditasiya verən bir qurum kimi bəzi kriteryalar var ki, onlara baxacaq. Bizim jurnalistlər ilk dəfə bu prosesdən keçdiyi üçün onlayn mediya kənar qalmışdı, akreditasiyadan keçməmişdi. 2017-ci ildə bir çox məsələləri müəyyən qədər aradan qaldırdıq və onlayn media da rahat şəkildə akreditasiyadan keçdi. Amma heç bir zaman Formula-1 haqqında yazmayan qurum akreditasiyadan keçə bilməz. Avtomatik olaraq ona yox cavabı gəlir. Mütləq olaraq Formula- 1-i işıqlandıran bir qurum olmalıdır. Təbii ki, hansısa bir orqan formula-1 haqqında çox az hallarda xəbər dərc etsə də akreditasiyadan keçə bilməz. Heç növbəti il də akreditasiya ala bilməyəcəklər. Bu tək bizdə deyil, bütün dünyada belədir. Biz bunu dəfələrlə qeyd etmişik”.
Xatırladaq ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button