2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azad söz dustaqları

Rövşən Hacıbəyli

Ötən il və bu ilin əvvəllərində bir sıra siyasi məhbusların azadlığa buraxılması bəzilərini azacıq da olsa ümidləndirmişdi. Beynəlxalq təzyiqlrin nəticə verdiyini düşünənlər də vardı. Siyasi məhbus məsələsinin Azərbaycanın üz qarası olduğunu hakimiyyətdəkilərin də anladığı qənaətinə gələnlər də az deyildi. Ancaq zaman göstərdi ki, “müqəddəs yer” heç vaxt boş qalmır. Xüsusilə Azərbaycandakına oxşar rejimlərin hakimiyyətdə olduğu ölkələrdə. Bu ölkələrdə azad söz daşıyıcıları narkotik daşıyıcılarından daha təhlükəli sayılır. Onlardan qurtulmağın ən asan yolunu isə Azərbaycan hakimiyyəti tapıb – narkotiklə şərləmək yolu. Tutulanların çoxu bu ittihamla həbs olunub…
Ötən illərdə olduğu kimi, bu il də hakimiyyət “cəbhəçi ovu”nu davam etdirir. Sutkalıq həbslər aktuallığını itirdiyindən, həm də qorxu mühiti dağıldığından artıq başqa yollara əl atırlar. AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi buna misaldır. Onun ardınca jurnalist Əfqan Muxtarlının Tiflisdən oğurlanıb Azərbaycana gətirilməsi bütün sədlərin aşılması, həm də qanunsuzluğun sərhəd belə tanımamasının sübutuydu. Bu həbs Gürcüstanı qarışdırmaqla yanaşı dünyada geniş əks-sədaya səbəb oldu. Bəyanatlar hələ də gəlməkdədir. Maraqlıdır ki, Əfqanla bağlı belə bəyanatlardan biri də Azərbaycanda verildi. Milli Məclisin deputatı Elman Nəsirovun Əfqan Muxtarlının həbsinin Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının birgə uğurlu işi olmasını deməsi bu dəfə ölkəni qarışdırdı. Deputatın açıqlaması hakimiyyətin Əfqana qarşı ittihamının, apardığı təbliğatın ifşası idi. Baş Prokurorluq hərəkətə keçib deputatı yalanda suçlayan bəyanat verdi. Hələ proses davam edir və bu tip bəyanatlardan yenə gözləmək olar.
Bundan əvvəlsə Kanal-13-ün Bakı bürosunun rəhbəri Əziz Orucov 30 sutkalıq həbsə atılmışdı. Onun həbs müddəti, görünür, hakimiyyətin ürəyincə deyilmiş. 30 sutkalıq müddət bitən kimi Əziz barəsində qanunsuz sahibkarlıq və vəzifə saxtakarlığı ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçildi. Həbsdəki jurnalistlərin sırasına daha biri əlavə olundu…
Artıq xeyli vaxtdır jurnalistlərin əsas iş, həm də qonorar yeri məhkəmələrin və istintaq idarələrinin qarşısıdır; həmkarların, dostların həbsi nə qədər ağrılı olsa da…
***
Bu gün də qabaqkılardan fərqlənmədi, iki tanınmış jurnalist – Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı saxta ittihamlarla həbs olunan iki başqa tanınmış şəxslə – Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə bağlı Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə ifadə verməyə çağırılmışdı. Onlar ifadə verib qurtarmamış daha bir jurnalistin – Fikrət Fərəməzoğlunun məhkəməsi yekunlaşdı və o, 7 illik həbslə “mükafatlandırıldı”. Mükafat sözünü təsadüfi işlətmədim, son günlərin ən aktual mövzularından biri jurnalistlərə susmağa görə mükafat – ev verilməsidir. Ancaq onlar susmur, ev almaq üçün bütün mümkün qapıları döyür, sözü keçən hər kəsə ağız açır, yaşadıqları evi başqasının adına sənədləşdirmək üçün hər yola əl atırlar. Başqa yollar barədə də söz-söhbət gəzir ki, onlar bu yolları özlərinə sığışdırsalar da, biz bu yazıya sığışdırmağı özümüzə yaraşdırmadıq…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button