Loading...
Loading...
SEÇMƏ

Azadlığa buraxılan erməni hərbçilər Ermənistana göndərilib

Yayımlandı: 8 Sentyabr 2022 23:47

Ali Məhkəmə onların cəzasını endirib

Azərbaycan həbsdə olan 5 nəfər erməni hərbçisini Ermənistana təhvil verib. Onlara verilmiş 6 illik həbs cəzasını Ali Məhkəmə 1 il 8 ay 25 günə endirib və sentyabrın 8-də müddətin başa çatması əsasıyla onlar azadlığa buraxılıb. Dərhal da Ermənistana göndəriliblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ermənilərin öz ölkələrinə təhvil verilməsi haqda məlumatında deyilir ki, bu məsələ ilə əlaqədar avqustun 31-də Brüsseldə razılaşma əldə olunmuşdu. Söhbət Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən gedir. İkitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər azad edilərək, Azərbaycan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.

Ölkəsinə göndərilən beş nəfər bunlardır:

1997-ci il təvəllüdlü Aqramanyan Martin Muşeqoviç;

1997-ci il təvəllüdlü Gevorkyan Aşot Artakoviç;

1996-cı il təvəllüdlü Qriqoryan Feliks Arşakoviç;

1990-cı il təvəllüdlü Manukyan Varazdat Amuşavan;

1999-cu il təvəllüdlü Hovsepyan Edik Tiqrani.

Adları çəkilən Ermənistan vətəndaşları 2020-ci ilin dekabrında – müharibə başa çatandan təxminən bir ay sonra Xocavənd rayonu ərazisindəki Hadrut meşələrində saxlanılmışdı. Saxlanılan erməni hərbçilər Bakıda dörd qrupa bölünərək məhkəmə qarşısına çıxarılmışdı. Qruplardan birində 14, digərlərində isə 13 nəfər təqsirləndirilən şəxs vardı.

Hadrut meşələrində saxlanılan Ermənistan vətəndaşlarıyla bağlı cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər müharibə başa çatandan sonra silahlanaraq, gizli şəkildə həmin ərazilərdə yerləşib, orada Azərbaycana qarşı terror-təxribatlar törətməklə məşğul olublar. Onlar dekabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdiriliblər.

Təqsirləndirilən şəxslər isə ifadələrində bildiriblər ki, onlar Hadrut meşələrinə özbaşına gəlməyiblər. Onları noyabrın 26-27-də Gümrüdə hərbi komissarlıqdan göndəriblər. Yolda rus sülhməramlılar da onları görüblər. Hətta ruslar onları müşayiət edən polkovniklə söhbətləşiblər. Onları yoxlamadan buraxıblar: “Bizə göndərəndə demişdilər ki, orada növbə çəkəcəyik. Dekabrın 13-də əmr gəldi ki, növbə dəyişir. Biz də dağdan aşağı düşəndə Azərbaycan hərbçiləri bizi saxladı”.

Meydan TV

Gözdən qaçırmayın:  “Balıqlara xütbə” “Asiya Kinosuna Pəncərə”də

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button